Bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi və Slow Food Beynəlxalq təşkilatı tərəfindən icra olunan Qafqaz Dağlıq Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Artırılması (COVCHEG) və Azərbaycan Biomüxtəlifliyinin qorunması layihəsinin təqdimatı olmuşdur.
Tədbirdə QDPTM-nin mühəndis-pedaqoji heyət və tələbələri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Regional Təmsilçiliyi rəhbəri Qalib Nəbiyev və sahibkarlar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru, iqtisad elmləri namizədi Namik Muradov açmışdır. Sonra isə layihənin təqdimatçısı Yaqub Zeynalzadə “Slow Food COVCHEG” layihəsi haqqında məlumat verdi və onun məqsədləri haqqında danışdı.
Layihənin məqsədi yerli qastronomiyanı və mədəni iris dəyərləndirməklə, kənd icmalarının iqtisadi durumunu proqnozlaşdırmaq və rifahlarını yaxşılaşdırmaqdır. Layihə, aqrobi diversifikasiyanın idarə olunması, iqtisadi inkişafın və yoxsulluğun azaldılmasını bir-başa dəstəkləyici məqsədlər kimi birləşdirən bir inkişaf modelini təşviq edir, bu da səs idarəetməsinin və aqrobi müxtəlifliyin məhsuldar istifadəsi ilə əldə edilə bilər. Həmçinin kiçik fermerlərin gəlirlərinin artırılması üçün davamlı yerli ərzaq zəncirinin gücləndirilməsi, daha möhkəm kənd icmaları üçün əlavə gəlir mənbəyi kimi kənd turizimini təbliğ etmək, kənd icmaları və yerli ərzaq sistemləri arasında əlaqələrin inkişaf etdirilməsidir.
Sonda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Regional Təmsilçiliyi rəhbəri Qalib Nəbiyev öz fikirlərini bildirmiş və tədbir iştirakçılarına bukletlər paylanılmışdır.