05 dekabr 2018-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ƏƏSMN yanında DSMF-nın “İnsan alveri qurbanlarına yardım” Mərkəzi və Qəbələ Məşğulluq Mərkəzi ilə birgə “İnsan alverinə yox deyək” adlı tədbir kecirildi.
Tədbiri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Azad Məmmədov açıq elan etdi. Tədbirdə “İnsan alveri qurbanlarına yardım” Mərkəzinin hüquqşünası Eldar Muradov və psixoloq Ülvi Zeynalov, müəllim və tələbələr iştirak edirdilər.
Tədbirdə İnsan alveri nədir, Insan alveri qurbanları kimlərdir, İnsan alverçiləri insanları (qurbanlarını) hansı yollarla tora salırlar, İnsanları tora salmaq üçün hansı fəndlərdən istifadə edirlər, İnsan alverinin qurbanına çevrilməmək üçün nələri bilməyimiz vacibdir haqqında danışılıdı.Tədbir maraqlı və diskussiya şəraitində keçdi.Tədbir iştirakçılarına bukletlər və məlumatlandırıcı fotolar paylanıldı.
Tədbirin sonunda insan alveri barədə videoçarx təqdim edildi.