Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq, 2015-ci ilin avqust ayı ərzində Bakı, Sumqayıt, Gəncə şəhərlərini, Tovuz, Bərdə, İsmayıllı və Gədəbəy rayonlarını əhatə edən 41 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.

Bu günədək ATŞ-ə qoşulmuş 2000 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub. Həmin təhsil müəssisələri bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə keyfiyyətli kommunikasiya qurmaq imkanı qazanıblar.

Qeyd edək ki, ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa zəmin yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin ötürülməsini də təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə elektron resurslardan istifadə edərək biliklərini artıra bilirlər. Eyni zamanda, ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtr sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən vebsaytlara giriş məhdudlaşdırılıb.

Eyni zamanda, təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədilə əlavə olaraq, ölkə üzrə 1200 ədəd Monoblok Lenovo stolüstü kompüteri paylanılıb. Həmin kompüterlər informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığın artırılması üzrə keçirilən təlimlərin qiymətləndirilməsində yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarəetmə heyətinin üzvlərinə verilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.