Dekabrın 6-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi növbəti ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiyada müxtəlif növ ağaclar əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

 

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

This Post Has One Comment