31 yanvar tarixində Təhsil Mərkəzinin bir qrup gənc tələbələri Heydər Əliyev Mərkəzində “Gənclər günü”nə həsr olunmuş tədbirdə iştirak etmişlər. Toplantıda qeyd edildi ki, Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.