07 may 2019-cu il tarixdə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir başlanan kimi Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə H. Əliyevin gördüyü böyük işlər, həm sovet dönəmində, həm də müstəqillik illərində həyata keçirdiyi layihələr haqqında geniş məlumat verilmişdir. Onun həyatından parçalar videoçarxlar şəklində nümayiş etdirilmiş, kəlamları tədbir iştirakçılarına çatdırılmışdır. H.Əliyevin təhsilə, müəllimə qayğısından danışılmış, azərbaycançılıq ideyalarının təbliği barədə geniş məlumatlar verilmişdir. Ulu Öndərin həyat və fəaliyyətinin daha geniş öyrənilməsi üçün guşə yaradılmış və tələbələrdən müsahibələr alınmışdır.
Daha sonra Mərkəzin direktoru Azad Məmmədov Ümummili Liderin uğurlu siyasətindən, ölkəmizdə təhsilin, elm sahəsinin inkişafındakı rolundan, kənd təsərrüfatı sahəsində böyük xidmətlərindən, azərbaycan gənclərinə olan diqqət və qayğısından bəhs edərək öz fikirlərini bölüşmüşdür.
Sonda ulu öndərin həyatına, xalqımızın gözəl gələcəyi naminə gördüyü işlərə dair videoçarx nümayiş etdirilmişdir.