Ümummilli lider HEYDƏR ƏLİYEVİN xatirəsinə həsr olunmuş tədbir

13 dekabr 2016-cı il tarixdə məktəbimizdə Ümummilli liderimiz Heydər əliyevin xatirəsinə həsr olunmuş “Vətən mənə oğul desə…” adlı hərbi-vətənpərvərlik tərbiyəsi mövzusunda tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər. Tədbirin açılışında şagirdlər vətənə, torpağa həsr olunmuş şeirlər söylədilər.

Tədbiri təşkil edən məktəbin şagirdləri Alməmmədov Manaf, Vaqifli Vaqif və digərləri hərbi formada tədbir keçirilən zala daxil oldular. Vətənpərvərlik ruhunda musiqi çalındı və fiziki hazırlıq üzrə müxtəlif priyomlar  göstərdilər.

Tədbirdə məktəbin direktoru Azad Məmmədov tədbir iştirakçılarına ordu mövzusunun, vətənpərvərlik tərbiyəsi işinin bu gün ölkəmizdə əsas mövzu olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, həm Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, həm də bu gün həmin mövzu ölkəmizdə prioritetdir. Tədbirdə digər müəllimlər də çıxış etdilər.

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.