21 aprel 2016-cı il tarixdə məktəbin illik iş planına uyğun olaraq,şagirdlər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə şagirdlərin həqiqi hərbi xidmətə yola salınmasına həsr olunmuş tədbir keçirilmişdir. Məktəbin həyətində təşkil olunmuş bu tədbiri direktor Azad Məmmədov açaraq, aprelin ilk günlərində Azərbaycan və Ermənistan təmas xəttində baş verən toqquşma haqqında geniş məlumat verdi. O qeyd etdi ki, rəşadətli Milli Ordumuz bu toqquşmada düşmənə layiqli cavab vermişdir.

Direktor əlavə olaraq bildirdi ki, kollektivin bir neçə üzvü ilə birlikdə erməni təxribatının qarşısının alınması zamanı ağır yaralanmış Qəbələ rayonunun İmamlı kəndindən olan əsgərimizin valideynlərini ziyarət etmişlər.

Tədbirdə məktəbin müəllimləri və şagirdləri çıxış edərək, Ordumuzun cəbhədəki xidmətlərindən söhbət açmış və vətənimizin müdafiəsinin hər bir vətəndaşın müqəddəs borcu olduğunu bir daha vurğulamışdır.

Tədbiri məktəbin “Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər peşəsi” 121 №li qrupun şagirdləri təşkil etmişlər.

Sonda tədbir iştirakçıları aprel ayında hərbi xidmətə yola düşəcək 5 nəfər şagirdimizə bu şərəfli yolda böyük uğurlar arzu etdilər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.