29 noyabr 2017-ci il tarixdə məktəbimizdə təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirilmişdir. Əvvəlcə qonaqlar Təhsil Mərkəzinin  tədris otaqları, laboratoriyalar, emlatxanalar, idman zalı, simulyator kabineti və maşın-traktor qarajı ilə tanış oldular.

Tədbir akt zalında davam etdirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Azad Məmmədov açaraq bildirdi ki, yeni açılmış Təhsil Mərkəzi Dövlətimizin peşə təhsilinə qayğısının bariz nümunəsidir. İqtisadiyyatın şaxələndirildiyi dövrdə peşə – ixtisas təhsilli kadrlara daha çox ehtiyac duyulmaqdadır. Rəqabət qabiliyyətli kadr hazırlığı qarşımıza qoyulmuş əsas vəzifədir. Bu sahədə işlərimizi daha da canlandırmaq üçün valideynlərin məktəbə dəstək verməsi lazımdır. Sonra çıxış edənlər direktor müavini Camal Rəsulov, baş usta Səlim Mehdiyev, psixoloq Zenfilə Əzizova, müəllimlərdən Rübabə Məmmədova peşə – ixtisas təhsilinin inkişafı, gənclərimizin peşə hazırlığına münasibətləri barədə fikirlərini bölüşdülər.

    Tədbirdə valideynlərdən Şahismayıl İsmayılov, Emin Ədilli və başqaları yeni Təhsil Mərkəzi ilə tanışlıqdan məmnun olduqlarını bildirdilər. Tədbirdə qərara alındı ki, belə tədbirlər silsilə şəklində təşkil edilməsi ümumi işimiz üçün daha da faydalı olar.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.