Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Səyyar Gənclər Xidməti” layihəsinin açılış mərasimi keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə gənclərin ekologiya (COP29), vətənpərvərlik, sahibkarlıq, karyera və rəqəmsal alətlərdən effektiv istifadə mövzularında peşəkar şəxslərlə, eləcə də bir sıra tərəfdaş qurumların nümayəndələri ilə görüşləri təşkil edilib. Daha sonra gənclər üçün “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.

Səyyar Gənclər Xidməti çərçivəsində kənd gəncləri üçün müxtəlif sahələr – robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə keçirilən master-klaslarla yanaşı STEAM formatlı innovativ sərgi, gənclərin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri, virtual eynəklə virtual səyahət, gənclər üçün şəxsi anketin (CV) yaradılması xidməti də yer alıb. Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında vətənpərvərlik mövzusunda “Xəmsə” intellektual oyunu, Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və labirint yarışı, darts oyun çempionatı, çölçü oyun yarışı, “Jenga” oyunu, kəndir dartma yarışı baş tutub.

Yarışlarda fəallıqları ilə seçilən gənclər mükafatlandırılıb

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində şəhid Rüstəm Atakişiyevə həsr olunmuş “Hər şeyin bitdiyi yerdə xüsusi təyinatlılar başlar” adlı kitabın təqdimatı keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhid Rüstəm Atakişiyevin bacısı Həzin Atakişiyevanın müəllifi olduğu şəhidimizə həsr olunmuş “Hər şeyin bitdiyi yerdə xüsusi təyinatlılar başlar” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəni təmin edən amillərdən danışıb və təqdimatı keçirilən kitabın zəfər tariximizə bir töhfə olduğunu bildirib. Direktor müavini Reyhan Məmmədova çıxış edərək, təqdimatı keçirilən kitabın ümumi ictimai əhəmiyyətindən danışıb. Ardınca ilahiyyatçı Mehman Şəfiyev və kitabın müəllifi Həzin Atakişiyeva çıxış ediblər. Onlar öz çıxışlarında kitabla əlaqədar vacib məqamlara toxunublar. Şəhid valideynlərindən Cəlil Xeyirbəy, Qızbəs Musazadə, eləcədə ziyalılar Mirhəsən Ağayev, Telman Abdulxalıqov, Nəbi Kəlbiyev, habelə şəhidin döyüş yoldaşı Fuad Yəhyazadə də tədbirdə çıxış ediblər. Onlar öz çıxışlarında müəllif Həzin Atakişiyevanın öz şəhid qardaşı haqqında kitab yazmasını sevindirici bir fakt olaraq, səciyyələndiriblər. Ardınca Şuşa Rayon 24 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi – bədii kompozisiya təqdim edilib.

Tədbirin gedişində şəhid Rüstəm Atakişiyevə aid fotolardan ibarət videoçarx nümayiş olunub

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Eko könüllü” gənclər arasında ekoloji maarifləndirmə tədbiri keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” ictimai birliyi tərəfindən, Qəbələ rayonunda “Eko könüllü” gənclər arasında ekoloji maarifləndirmənin təşviq edilməsi adlı layihənin icrası baş tutub.

Əsas məqsədi, gənclərin ekoloji biliklərini artırmaq, ekoloji şüuru inkişaf etdirmək və onların təbiətin qorunmasında aktiv rol oynamalarını təşviq etmək olan layihə ekoloji təhsilin inkişafı, gənclərin ekoloji təşəbbüslərdə iştirakını stimullaşdırmaq və ekoloji problemlərin həllinə yönəlmiş fəaliyyətlərin təşviq edilməsi məsələlərini əhatə etmişdir.

Gənclərə ekoloji məsələlər, ətraf mühitin mühafizəsi və davamlı inkişaf prinsipləri haqqında məlumat verilən layihə çərçivəsində, iştirakçılar üçün müxtəlif təlimlər, seminarlar, tədbirlər və aksiyalar təşkil edilib.

Təlimdə ekspert qismində Reyhan xanım Məmmədova çıxışları ilə bir sıra maarifləndirici məqamlara toxunub. Təlimin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.

Həmçinin layihə rəhbəri Vüsalə Hümbətli öz çıxışında “Bu layihə, gəncləri ekoloji məsələlərə cəlb etmək və onların aktiv iştirakını təmin etmək məqsədini güdür. Gənclərin ekoloji biliklərini artıraraq, gələcəkdə təbiətə daha məsuliyyətli yanaşmalarını təşviq etməyi planlaşdırır,”( və ya ekoloji maarifləndirməni artırmaq və gənclərimizi ekoloji problemlərə daha çox cəlb etmək üçün bu layihənin həyata keçirilməsi mühüm bir addımdır.)– deyə bildirib.

Tədbirin növbəti mərhələsində gənc iştirakçılar ilə birlikdə təbiətə atılmış tullantılardan çirklənməyə məruz qalmış ekoturizm yerlərinin təmizlənməsi işi təşkil edilib.

İki gün baş tutan layihə çərçivəsində bir sıra ekoloji tədbirlər, təlimlər və yerli icmalarla əməkdaşlıq təşkil edilib. İştirakçılar, ekoloji problemlərin həllinə yönəlmiş layihədə yer alaraq, öz bilik və bacarıqlarını artırma imkanına sahib olublar

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində əməyin təhlükəsizliyi, yanğından mühafizə və elektrik təhlükəsizliyi barəsində təlim keçirilib

Təlimdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ixtisas fənn müəllimi İlqar Beydiyev yanğından mühafizə, yanğın təhlükəsizliyi, siqnalizasiya sistemlərindən, həmçinin yanğın təhlükəsizliyinin təmin edilməsi, normativ hüquqi aktları və anlayışlarından bəhs edib. Yanğından mühafizə sistemləri ərazinin, binaların, tikililərin, elektrik qurğularının, istilik və ventilyasiya sistemlərinin qarşısını alma yollarına davamlı yanğın təhlükəsizliyi və avtomatik yanğın söndürülməsi və yanğın siqnalizasiyası qurğularına olan tələblər, odsöndürücülər və onlardan istifadə qaydaları barəsində ətraflı təlimatlar verilib.

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb

Categories
Uncategorized

Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin, Qəbələ rayon Polis Şöbəsinin və Qəbələ rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilmişdir

Tədbirdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə İşləri üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək, hər bir kəsin doğulduğu andan hüquqları və azadlıqları olduğunu vurğulayaraq, bu hüquqların eyni zamanda şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini müəyyən etdiyini qeyd etmişlər. Çıxış edənlər erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri, narkotik və psixotrop maddələrin ziyanı, təhsildən yayınma hallarının qarşısının alınması məsələlərinə də toxunmuş, bu mövzularda geniş söhbət aparmışlar. Tələbələrə 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq hüquqları Konvensiyasından istifadə edərək və öz yaradıcılıq qabiliyyətlərini əlavə edərək tədris prosesinə də tətbiq edə biləcəklərini bildirmişlər.

Qəbələ RPŞ Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Zamiq Nadirov da qeyd etmişdir ki, bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Bu gün ailədaxili problemlər, uşaqlara qayğının göstərilməməsi, zorakılıq, cəzalandırma, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və istismar kimi məsələlərin uşaqların normal həyat tərzinin və hüquqlarının pozulmasına gətirib çıxardığını qeyd edərək, tələbələrin belə hal ilə qarşılaşarkən dərhal aidiyyatı üzrə dövlət qurumlarına məlumat vermələri gərəkdiyini bildirmişdir

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “AVTOMOBİL nəqliyyat vasitələrinin konstruksiyasının əsasları” kitabının təqdimatı keçirilib

Nəqliyyat sahəsi üzrə ekspert, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubovla Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəqliyyat (avtomobil) və digər oxşar profilli sahələr üzrə çalışan mühəndis pedaqoji heyət və tələbələrlə görüş keçirilib.

Görüşdə nəqliyyat sahəsi üzrə ixtisaslarda təhsil alan tələbələr də iştirak etmişdir. Müəllif mühəndis pedaqoji heyət, tələbələrə bu ixtisaslarla bağlı kadr potensialının yetişdirilmə mərhələlərinə, bu sahədə olan sürətli inkişafın müasir dövrün tələbi olduğunu bildirmişdir.

Mərkəzin direktoru Qalib Nəbiyev qonağa tədris olunan ixtisaslar barədə geniş məlumat vermiş, peşə təhsilinə olan marağın artmasını, hal-hazırda işəgötürənlər ilə peşə təhsili müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsinin ən vacib istiqamət olduğunu xüsusi qeyd etmişdir.

Mərkəzin yüksək texniki peşə təhsili səviyyəsi üzrə

2024-2025 tədris ilindən “Nəqliyyat vasitələrinin texniki istismarı” (avtomobil üzrə) ixtisası açılmış, ölkənin müxtəlif rayonlarından gənclər maraq göstərərək qəbul olmuşlar.

Görüşün yekununda təqdimatın müəllimlər, tələbələr üçün faydalı olduğu vurğulanmış, müəllif tərəfindən Mərkəzin kitabxanasına kitablar ianə olunmuşdur

Categories
Uncategorized

IDEA İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən keçirilən ekoloji düşərgədə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak etmişlər

IDEA İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən Qəbələdə “Gənclərin yaşıl təşəbbüsləri” adlı ekoloji düşərgə keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29 çərçivəsində təşkil edilən düşərgənin qonağı olublar.

İlk gün gənclər “Ətraf mühitin mühafizəsində gənclərin rolu” mövzusunda təşkil olunmuş vörkşopda qruplara bölünərək problemləri müzakirə edib və müxtəlif ekoloji layihə təklifləri hazırlayıblar. Leyla Əliyeva düşərgə iştirakçılarının hazırladığı layihələri dinləyib və onların ekoloji təşəbbüslərinə yüksək qiymət verib

Categories
Uncategorized

COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində silsilə tədbirlərin davamı olaraq, ” Plastik tullantılar və onların ətraf mühitə mənfi təsiri ” mövzusunda xüsusi dərs keçirilmişdir

Mərkəzin istehsalat təlim ustası Turanə Çələbizadə “Bitkiçilik mütəxəssisi” ixtisas tələbələrinin iştirakı ilə “Plastik tullantılar və onların ətraf mühitə mənfi təsiri ” mövzusunda xüsusi dərs keçirmişdir.

Xüsusi dərs zamanı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mərkəzdə keçirilmiş tədbirlərin mahiyyəti, gənclərin bu mövzu üzrə marifləndirilməsi və istiqamətləndirilməsinin vacibliyi, insan orqanizminə zərərli maddələrin 80 faizinin plastik tullantılardan daxil olduğu qeyd edilmişdir.

Təqdimat nümayiş etdirilərək, plastik tullantıların təkrar emalı, onların ekoloji mühitə vurduqları ziyanın aradan qaldırılması istiqamətində reallaşdırılan layihələr, işlər və görülən tədbirlər, xarici ölkələrin təcrübələri barədə tələbələrə ətraflı məlumat verilmişdir

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi ” İdeyanı Reallaşdır 2023″ gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi olan “Şanlı Qələbəmizə Gedən Yol” layihəsinin açılış tədbiri Nic qəsəbə sakini Xəyal Məmmədəliyevin rəhbərliyi ilə həyata keçirilmişdir

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etmiş, gül dəstələri düzərək dahi şəxsiyyətin və şəhidlərimizin xatirələrinə böyük ehtiramlarını bildirmişlər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində davam edən tədbirdə öncə Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixinə qızıl hərflərlə yazılan şanlı qələbənin mahiyyətindən danışmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, qazi və müharibə iştirakçılarının cəmiyyətə tanıdılmasının, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasında gənclərin hərbi savadlılığının artırılmasında böyük rol oynadığını vurğulamışlar.

Tədbirin sonunda bir qrup gəncə fəxri fərman və sertifikatlar təqdim olunmuşdur.

Qeyd edək ki, layihə 44 gün müddətində davam edəcək


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471