Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Yaşıl Həmrəylik ili və COP 29 tələbələrin gözü ilə” mövzusunda təqdimatın nümayişi həyata keçirilmişdir

COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində silsilə tədbirlərin davamı olaraq, “Yaşıl Həmrəylik ili və COP 29 tələbələrin gözü ilə” mövzusunda təqdimatın nümayişi həyata keçirilmişdir.

Mərkəzin “Kompüter sistemlərində proqramlaşdırma” ixtisası üzrə təhsil alan Pəri Məmmədova tərəfindən hazırlanmış təqdimatın nümayişi zamanı COP29 barədə ətraflı məlumat verilərək, COP29-da builki dialoqun əsas mövzusunun iqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi olacağı qeyd edilmişdir. P.Məmmədova, həmçinin COP29-un tərəfdaş ölkələri, Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması istiqamətində gördüyü tədbirlər haqqında məlumat vermişdir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP) bu il Azərbaycanda keçiriləcəkdir

Categories
Uncategorized

Əziz müəllimlər, bayramınız mübarək

Gələcəyin peşəkarlarını yetişdirmək üçün göstərdiyiniz əzmkarlıq, fədakarlıq və sevgi təqdirəlayiqdir

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ödənişli əsaslarla təhsil alan tələbələrlə Təhsil Tələbə Krediti ilə bağlı maarifləndirici görüş keçirilib

Görüşdə çıxış edən TTİ üzrə direktor müavini Camal Rəsulov və İqtisadiyyat və Maliyyə şöbəsinin aparıcı mütəxəssisi, TTKF-nun Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi üzrə məsul şəxsi Röyal Nəbili tələbələrə Təhsil Tələbə Kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi haqqında təqdimat edərək, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Mərkəzimizdə ödənişli əsaslarla təhsil alan tələbələr 2023-2024 tədris ili ərzində Təhsil Tələbə Kreditinə müraciət etmiş, 5 tələbəmiz kreditdən yararlanmışdır

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunu, Vətən Müharibəsi şəhidi Sərvan Eyyubovun xanımı Aytac Eyyubovaya sertifikat və hədiyyələr təqdim edilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunu, Vətən Müharibəsi şəhidi Sərvan Eyyubovun xanımı Aytac Eyyubova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçirdiyi “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramında iştirak etmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçirdiyi “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının icrası məqsədilə cari ildə ali məktəblərə qəbul olmuş Vətən müharibəsi şəhidlərinin həyat yoldaşları ilə görüş keçirilmişdir. Tələbə adı qazanan şəhid xanımına sertifikat və hədiyyələr təqdim edilmişdir.

Qeyd edək ki, Eyyubova Aytac İmran qızı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yüksək texniki peşə təhsili (YTP – subbakalavr) “Mühasibat uçotu” ixtisasını uğurla bitirmiş və imtahansız Qərbi Kaspi Universitetinin “Mühasibat” ixtisasında qəbul olmuşdur

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni istehsal həyata keçirilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təlim-təsərrüfat sahələrindən biri olan arıçılıq təsərrüfatında bal kəsimi həyata keçirilmiş və qablaşdırılmışdır.

2024-2025-ci tədris ili çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və “Tofiqoğlu” arıçılıq təsərrüfatı ilə arıçılıq ixtisası üzrə “Dual Peşə Təhsili” proqramına start verilmişdir.

Həyata keçirilən əməkdaşlıq çərçivəsində bal istehsalı, arıçılığın və aqroturizmin inkişafı ilə bağlı yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlillərə Dəstək” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən “Fiziki məhdudiyyətli uşaqların hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində tədbirlər başa çatıb

Layihə çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 17.07.2024, 23-27.09.2024 tarixlərində tədbirlər həyata keçirilib.

Layihə çərçivəsində tədbirlərdə 300 nəfərdən çox şəxslər iştirak ediblər, müraciət əsasında 30 nəfərədək fiziki məhdudiyyətli uşaqlar və valideynləri (qəyyumları) üçün hüquqi yardım göstərilib.

Tədbirlərdə fiziki məhdudiyyətli uşaqlar və valideynləri, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşları, Qəbələ DPTM-nin pedoqoji heyəti və tələbələri, gənclər, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər.

Öncə Ulu Öndərimiz və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Əlillərə Dəstək” Xeyriyyə İB, layihənin məqsədi və vəzifələri, dövlətimizin fiziki məhdudiyyətli uşaqlara göstərdiyi diqqət və qayğı, regionda fiziki məhdudiyyətli uşaqların hüquqlarının müdafiəsinin və hüquqlarının təbliği üzrə sistematik maarifləndirmə işinin aparılmasının zəruriliyi və tədbirin proqramı haqda ətraflı məlumat verib.

Layihənin eksperti Ümüdvar Həsənov layihənin önəmi, bu sahədə dövlətimizin qoşulduğu beynəlxalq konvensiyalar və təşkilatlar, hüquqi bazanın möhkəmləndirilməsi, QHT – lərin bu sahədə gördüyü işlər üzrə geniş təqdimatla çıxış edib.

Layihənin hüquqşünası, vəkil Nadirşah Şirinov tərəfindən Azərbaycan Respublikası Qanunvericiliyi, bu sahədə qəbul olunmuş hüquqi aktlar haqqında geniş məlumat verilib və müraciətlərə müvafiq olaraq hüquqi konsultasiya keçirilib, iştirakçıların sualları cavablandırılıb və müraciətlərə əsasən hüquqi yardım göstərilib

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 Sentyabr – Anım günü ilə bağlı tədbir keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər və mühəndis-pedaqoji heyəti “27 Sentyabr – Anım Günü” ilə bağlı ümumrayon tədbirində iştirak etmiş, Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Azərbaycan Respublikası Elm və Təhsil nazirinin “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 Sentyabr – Anım günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Tədbirdə çıxış edənlər Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu xüsusi vurğulamışdırlar. Onlar , həmçinin 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd etmişdir və onların yaxınlarına dərin minnətdarlığını bildirmişdirlər.

Qeyd edək ki, Qəbələ DPTM-inin mühəndis-pedaqoji heyətinin, həmçinin tələbə kontingentimizin tərkibində olan bir çox şəxslər İkinci Qarabağ müharibəsində iştirak etmişdir.

Tədbirdə həmçinin qazimiz və QDPTM-nin mütəxəssisi Nadirli Laçın çıxış edərək dövlətimizin onlar üçün yaratdığı şərait üçün xüsusi minnətdarlığını bildirmişdir

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsil müəssisələrinə istehsalat təlimi ustalarının və ixtisas fənn müəllimlərinin işə qəbulu mərhələlərini uğurla keçmiş heyətlə görüş keçirilib

Görüş zamanı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev yeni işə qəbul olunmuş müəllimləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək Mərkəzin fəaliyyəti haqqında geniş təqdimat etmiş, təkliflər dinlənilmiş, müzakirələr aparılmışdır

Categories
Uncategorized

“COP 29” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Peşə könüllülərinin iştirakı ilə “Yaşıllığın mühafizəsi” mövzusunda tədbir keçirilmişdir

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində silsilə tədbirlərin davamı olaraq, Mərkəz ərazisində yaşıllıq işlərinin aparılması, ağac və bitkilərə xüsusi qulluq göstərilməsi, onların mühafizəsi və bərpası istiqamətində tədbir keçirilmişdir.

Tədbir iştirakçılarına Mərkəzin Tərbiyə İşləri üzrə direktor müavini Reyhan Məmmədova tərəfindən ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması və təbii dəyərlərə hörmətlə yanaşılması istiqamətində məlumatlar verilmişdir

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “15 Sentyabr Bilik Günü” ilə əlaqədar tədbir keçirilmişdir

Tədbir dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirin açılış hissəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək, Mərkəzin son illər ərzində qazandığı uğurları, işəgötürən təşkilatlarla geniş işgüzar əlaqələri, beynəlxalq təcrübənin tətbiqi, tələbələrin ölkə xaricində təcrübə proqramına cəlb olunması, məzunların yüksək bilik nümayiş etdirərək məşgulluq səviyyələrinin artmasını, tələbələrimizin tədris ili ərzində Mərkəzin ictimai işlərində göstərdikləri fəallığı, valideynlərin Mərkəzimizlə sıx əlaqələr yaradaraq göstərdikləri yüksək həssaslığı xüsusi vurğulamışdır. Həmçinin yeni dərs ilində Qəbələ Dövlət Peşə Mərkəzində yeni tələbə adını qazanan tələbələri təbrik etmişdir. Təhsil Mərkəzinin kollektivinə qoşulmuş yeni əməkdalara da uğurlar arzulamışdır.

Daha sonra Mərkəzin Tİİ üzrə direktor müavini Camal Rəsulov çıxış edərək, tədbir iştirakçılarını, 2024/25 tədris ili üzrə qəbul olmuş tələbələri salamlamış və onları yeni dərs ili münasibəti ilə təbrik etmişdir.

Həmçinin yeni dərs ilində Mərkəz tələbələri adından “Kompüter sistemlərində proqramlaşdırma” ixtisası üzrə 3-cü kursda təhsil alan Pəri Məmmədova çıxış edərək, müəllimlər və tələbələri yeni tədris ilinin başlaması münasibəti ilə təbrik etmiş və Mərkəzdə onlara yaradılmış şərait üçün xüsusi minnətdarlıqlarını bildirmişdir.

Yeni tələbə adını qazanmış tələbələrin valideynləri çıxış edilərək, Mərkəzin regiondakı nüfuzu qeyd edilmiş və övladlarının bu təhsil ocağında tədris almalarından məmnunluq hissi keçirdikləri bildirilmişdir.

Tələbələrimizi, onların valideynlərini və ümumilikdə bütün təhsil ictimaiyyətini yeni dərs ilinin başlaması münasibətilə təbrik edirik


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471