Categories
Uncategorized

Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib

Müraciətçilərin nəticələri barədə məlumatlar https://portal.edu.az/ platformasında şəxsi kabinet bölümündə yerləşdirilib

Categories
Uncategorized

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

Müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib, həmçinin nəticələr portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündə yerləşdirilib.

📌Müsabiqədən keçən şəxslər 5–10 sentyabr (saat 17:00-dək) tarixlərində tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

🔗Ətraflı: https://shorturl.at/Sznbx

Categories
Uncategorized

Müsabiqədən keçən şəxslər 5–10 sentyabr (saat 17:00-dək) tarixlərində tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir

Categories
Uncategorized

Bu Peşə Mənlikdir deyirsənsə müraciət et

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində turizm sahəsində iaşə üzrə mütəxəssis, qənnadıçı-şirniyyatçı və mehmanxana inzibatçısı ixtisasları üçün Dual Peşə Təhsili proqramına tələbə qəbulu davam edir

Son müraciət tarixi: 3 sentyabr, 18:00

🔗 Qeydiyyat linki: https://portal.edu.az/

🔗 Qəbul planı: https://shorturl.at/4pFxz

Categories
Uncategorized

2024-2025-ci tədris ili üzrə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə tələbə qəbulunun II mərhələsinə start verildi

Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.

Categories
Xəbərlər

Bu gün peşə təhsili müəssisələrinə sənəd qəbulunun son günüdür

Müsabiqədən keçən şəxslər saat 17:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri uğurla bitirən növbəti məcburi köçkünlərə sertifikatlar verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlər üçün keçirilən qısamüddətli kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət nümunəli sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin qarşısında konkret hədəflər qoyulub. Xüsusilə də yaxın gələcəkdə geri qayıdan əhalinin məşğulluq imkanlarının artırılması və sosial müdafiəsinin təmin edilməsi sahəsində peşə təhsili sisteminin xüsusi rolu müəyyən olunub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağda 8 peşə təhsil müəssisəsinin qurulması o cümlədən 5000 nəfərin qısamüddətli, 1000 nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır.

Qəbələ rayonunda məskunlaşan 84 nəfər keçmiş məcburi köçkün dayə, arıçı, aşpaz-qənnadçı, çilingər-santexnik, heyvandarlıq mütəxəssisi, bərbər, əməliyyatçı mühasib və turizm təşkilatçısı ixtisasları üzrə qısamüddətli kurslara cəlb edilib. İxtisaslar Qəbələ rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə aparılmış sorğulara əsasən müəyyən edilib.

Qısamüddətli kursların müddəti təlim proqramlarına uyğun olaraq 3 ay müddətində olub. Təhsil proqramları nəzəri bilik və praktik bacarıqların vəhdəti əsasında tərtib edilib. Kurs iştirakçıları ilk 10 həftədə nərəzi biliklər əldə edərək istehsalat təlimində iştirak edir, sonuncu iki həftədə isə istehsalat təcrübəsinə cəlb olunurlar. Adıçəkilən kurslar geri qayıdan əhalinin peşəkar bilik və bacarıqlarını artıraraq, onların sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq və iş imkanlarını genişləndirmək məqsədi daşıyır.

Bildiririk ki, təlimləri uğurla bitirən 84 məcburi köçkündən 36 nəfəri artıq işlə təmin edilib

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə tələbə qəbulunun nəticələri açıqlanıb

Müsabiqədə iştirak edən şəxslərin nəticələri portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündə yerləşdirilib.

📌Müsabiqədən keçən şəxslər 17–26 avqust (saat 17:00-dək) tarixlərində tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

🔗Ətraflı: https://shorturl.at/r4t3L

Categories
Uncategorized

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələdə “Bir Peşənin Sirri” festivalı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Qəbələ Mall” Mərkəzində 3000-dən çox şəxsin iştirakı ilə “Bir Peşənin Sirri” festivalı keçirilib.

Tədbirin keçirilməsində məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin, o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.

Festivalda qonaqlara Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində turizm, ictimai iaşə və iqtisadiyyatın digər sahələri istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Eyni zamanda İsmayıllı, Qax, Şəki və Kürdəmiri təmsil edən peşə təhsil müəssisələrinin də turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Festivalda həmçinin region üzrə peşə təmayüllü siniflərin şagirdlərinin əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlıq etdiyi “Aspi Agro” MMC, “Xanlar Qəbələ” restoranı, “Qafqaz Qəbələ” MMC kimi işəgötürən müəssisələr də təmsil olunublar.

Tədbirin bədii hissəsində iştirakçılar üçün əyləncəli oyunlar, viktorinalar keçirilib. Peşə təhsil müəssisələri tərəfindən keçirilən yarışların qalibləri dəyərli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471