Categories
Uncategorized

“Bir peşənin sirri” festivalı Qəbələdə!

Festivalda səni gözləyir:

🎯 Müxtəlif peşələrdə özünü sınamaq fürsəti;

🎯Hədiyyəli viktorinalar;

🎯 Ustad dərsləri;

🎯 Əyləncəli oyunlar.

📅 9 avqust

⏰17:00-21:00

📍 Qəbələ şəhəri, Qəbələ Mall

✅️Giriş sərbəstdir!

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi 2024-2025-ci tədris ili üçün nəzərdə tutulmuş ixtisasları diqqətinizə çatdırır

ələbə qəbulu başlandıqda öncədən elan olunacaq və qəbul elektron qaydada portal.edu.az platforması üzərindən aparılacaq.

➡️ Gələcəyin üçün indi qərar ver!

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən “Region gəncləri insan alverinə qarşı mübarizədə” adlı layihə çərçivəsində seminarlar keçirilib

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri iştirakçıları salamlayaraq tədbirin mövzusu, proqramı haqqında məlumat verib. Çıxış edənlər arasında layihənin eksperti Reyhan Məmmədova bir sıra maarifləndirici məqamlara toxunub. O insan alveri nədir?, Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə haqqında Qanunu, xаricə gеtməк istəyənlər üçün təhlüкəsizlik plаnı, insan alverinin qarşısının alınması sahəsində QHT-lər ilə əməkdaşlığın əhəmiyyəti və s. haqqında geniş məlumatlar verib. Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb

Categories
Uncategorized

Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsinə başlanılıb

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən “Region gəncləri insan alverinə qarşı mübarizədə” adlı layihə çərçivəsində seminarlar keçirilib

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri iştirakçıları salamlayaraq tədbirin mövzusu, proqramı haqqında məlumat verib. Çıxış edənlər arasında layihənin eksperti Reyhan Məmmədova bir sıra maarifləndirici məqamlara toxunub. O insan alveri nədir?, Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə haqqında Qanunu, xаricə gеtməк istəyənlər üçün təhlüкəsizlik plаnı, insan alverinin qarşısının alınması sahəsində QHT-lər ilə əməkdaşlığın əhəmiyyəti və s. haqqında geniş məlumatlar verib. Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb

Categories
Uncategorized

Azərbaycan Texniki Universitetin rektoru, professor Vilayət Vəliyevin rəhbərliyi etdiyi nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə işgüzar səfər etmişlər

Azərbaycan Texniki Universitetin rektoru, professor Vilayət Vəliyevin rəhbərliyi etdiyi nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə işgüzar səfər etmişlər. Səfər çərçivəsində qonaqların Mərkəzin fəaliyyəti ilə tanış olması məqsədilə infotur təşkil olunmuşdur.

Mərkəzin direktoru tərəfindən qonaqlara ümumi fəaliyyət, həyata keçirilən layihələr, tədris proqramları, ötən tədris ilinin statistik hesabatları təqdim olunmuşdur.

Səfərin məqsədi universitet-peşə təhsili işbirliyi, ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, həmçinin tədris proqramlarının sənayenin tələblərinə uyğunlaşdırılması, ilk, texniki və yüksək texniki peşə ixtisasları üzrə mübadilə istiqamətində müzakirələr aparılması və əməkdaşlığın yeni istiqamətləri müəyyənləşməsi olmuşdur.

Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində Ömürboyu Öyrənmə Məktəbinin rəhbəri Aynurə İsmayılova, Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının koordinatoru, universitetin İctimai şurasının sədri Osman Gündüz, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova iştirak etmişdir

Categories
Uncategorized

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov qısamüddətli təlimləri başa vuran məcburi köçkünlərin iş şəraiti ilə tanış olub

İndiyədək Qəbələ, Gəncə və Mingəçevirdə ümumilikdə 114 nəfər məcburi köçkün sözügedən təlim proqramlarına cəlb edilib. Proqramı bitirən məcburi köçkünlərdən Qəbələ rayonu üzrə 45%-i, Gəncə şəhəri üzrə 26%-i, Mingəçevir şəhəri üzrə 29%-i işlə təmin olunub.

🔗 Ətraflı: https://shorturl.at/IVDHa

Categories
Uncategorized

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində imtahan prosesini izləyib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsili proqramı üzrə turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisası üzrə təhsil alan tələbələrin dövlət buraxılış-ixtisas imtahanında iştirak edib.

İmtahan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası”na əsasən aparılıb.

Tam orta təhsil bazasından “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisası üzrə keçirilən imtahanda Dövlət Attestasiya Komissiyasının sədri Babək Müzəffərov (“Gabala Hospitality Group” MMC HR direktor) və komissiya üzvləri tələbələrin yekun qiymətlərini, istehsalat xasiyyətnamələrini, ixtisas (sınaq) işlərini imtahan keçirilən otaqda qəbul edib, hotellərin aşpaz və iaşə menecerləri sınaq işlərini qiymətləndiriblər. Qaydalara uyğun olaraq tələbələrlə şifah sorğu aparılaraq imtahan nəticələri elan olunub

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 2023/2024 tədris və təqvim illərini əhatə edən fəaliyyətinin əks olunduğu videoçarxla tanış olun.

Categories
Uncategorized

İşsiz və işaxtaran şəxslərin nəzərinə!

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçiriləcək.

Tədbirdə Qəbələ rayonu üzrə 7 müəssisə tərəfindən 100-ə yaxın vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.

➡️Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

➡️ Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471