Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Regional İnkişaf – RİİB-in könüllüləri olaraq, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülərinin VI həmrəylik Forumu”nda iştirak ediblər

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm və aqrar sahələr üzrə təhsil alan tələbələrinin istehsalat təlimi davam edir

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində xalqımızın Ümummilli Lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir

Tədbir Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Çıxış edən tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbi olmasından bəhs ediblər.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Ulu Öndərin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirməkdədir. Həyata keçirilən düzgün və düşünülmüş siyasət nəticəsində ölkəmizin beynəlxalq imici də getdikcə yüksəlmiş və möhkəmlənmişdir. Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı xalqımızın qəlbində daim yaşayacaqdır.

Mərkəzin tələbələri tərəfindən şeirlər səslənmiş, video-çarxlar izlənilmişdir.

Categories
Uncategorized

Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının iyirminci il dönümü ərəfəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup tələbələri Heydər Əliyev Mərkəzinə ziyarət ediblər

Ziyarət zamanı kollektiv Heydər Əliyev Mərkəzinin Muzeyi ilə tanış olub.

İştirakçılara Ulu Öndərin zəngin həyat yolu və siyasi fəaliyyəti haqqında tarixi məlumatlar verilib. Daha sonra dahi şəxsiyyətin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlarla tanış olublar.

Həmçinin tələbələrimiz Gənclərin İnkişaf və Karyera Mərkəzi Dağlıq Şirvan regional nümayındəliyinin Qəbələ bölməsi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş intellektual bilik yarışmasında iştirak ediblər. Sonda yarışın qaliblərinə hədiyyələr verilib.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təsdiq edilmiş tədris planına əsasən açıq dərslərin keçirilməsi davam etdirilir

“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə “Azərbaycan Respublikasının Hərbi atributları” mövzusunda təşkil edilmiş açıq dərsin məqsədi tələbələrə döyüş bayraqlarını, Silahlı Qüvvələrin emblemini, geyim formalarını, hərbi rütbələri tanıtmaq və tələbələrdə hərbi vətənpərvərlik ruhu yaratmaq idi.

Dərsin başlanğıcında tələbələr bir cərgə düzülüşü etmiş və taqım komandirinin məruzəsi dinlənilmişdir. Tələbələr Azərbaycan Respublikasının Hərbi atributlarının əhəmiyyətinin araşdırılması üçün “Xankəndi”, “Şuşa” və “Dəmir yumruq” adlı şərti manqalara bölünmüşdür.

Dərsin sonunda tətqiqat sualı ətrafında döyüş bayrağının hər bir əsgər üçün şərəf, şücayət, şöhrət simvolu olduğunu, Silahlı Qüvvələrin embleminin Silahlı Qüvvələri başqa hərbi birləşmələrdən fərqləndirən əsas rəsmi rəmz hesab edildiyi, hərbi qulluqçuya onun tutduğu vəzifədən asılı olaraq müvafiq hərbi rütbə verilməsi kimi fikirlərlə öz məruzəsini edən “Dəmir yumruq” manqası suallara ən düzgün və dolğun cavab verən komanda olaraq qalib elan edilmişdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual təhsil proqramı işəgötürən təşkilatlarla birgə uğurla davam edir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə “Rabitə avadanlıqlarının quraşdırıcısı” qrupunun tələbələrinin Dağlıq Şirvan Regional Rabitə İdarəsinin Qəbələ rayon şöbəsində istehsalat təlimləri davam edir.

İstehsalat təlimi müəssisənin daxili iş planı üzrə həyata keçirilir. Tələbələr Avtomatik Telefon Stansiyalarında (ATS) kabel xətlərinin çəkilişi, modemlərin quraşdırılması, kommunikasiya prosesini, internet və telefon rabitəsinin doğru bir şəkildə təmin edilməsini, ümumiyyətlə rabitə sahəsinə aid bütün prosesləri geniş şəkildə öyrənirlər.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ölkənin müxtəlif bölgələrindən tələbələr təhsil alırlar. Cari tədris ilində yataqxanada 38 rayondan 100-dən artıq tələbə yerləşdirilib. Onların asudə vaxtlarının səmərəli təşkili daim diqqətdə saxlanılır

Tələbələrimiz üçün kompüter, dil kursları və müxtəlif mövzularda təlimlər təşkil edilir. Tələbələr dərsdən sonra Mərkəzin idman zalında məşqlər edir, meydançada müxtəlif oyunlar oynayır, tədrisdən kənar boş vaxtlarında öz hobbiləri ilə məşqul olurlar.

Bütün bunlar yataqxana sakinlərinin bir ailə kimi inteqrasiyasına, asudə vaxtlarını mənalı keçirmələrinə, pis vərdişlərdən uzaq olmalarlna, təlim və tədrisdə yüksək nailiyyətlər əldə etmələrinə imkan yaradır.

Tələbələrimizə uğurlar arzulayırıq!

Categories
Uncategorized

“Dünya İqlim Dəyişmələri və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir

2 dekabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan: vətəndaşların qlobal iqlim dəyişmələri ilə mübarizəyə necə töhfə verə biləcəyi barədə məlumatlılığın artırılması” layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu “Dünya İqlim Dəyişmələri və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir

https://www.facebook.com/permalink.php?story_fbid=pfbid029bUseEAUa85C92ruFbxEjxhnbYDKX81ihsDL6JqmzXA1nYVFjAjJ37ryvUz2GSxgl&id=61552763199467

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual təhsil proqramı işəgötürən müəssisələrlə birgə uğurla davam edir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə “Üzümçülük və Şərab ustası” qrupunun Savalan “ASPİ WINERY” MMC ( Savalan Wines ) şirkətində İstehsalat təlimləri davam edir.

“Üzümçülük və Şərab ustası” (1 illik) ixtisas tələbələri 2 hissədən ibarət növbəli olaraq iş rejiminə cəlb olunublar. Tələbələr müəssisə tərəfindən cəlb olunan mentorlar tərəfindən təhlükəsizlik qaydaları ilə təlimatlandırılıb, iş rejimi ilə tanış olublar.

İstehsalat təlimləri müəssisənin daxili iş planı üzrə keçirilir. Tələbələr növbəli olaraq müəssisənin bütün iş sexlərində, əsasən etiketləmə, paketləmə və qablaşdırılma işlərini, ümumiyyətlə, müəssisədə şərabçılığın bütün texnoloji proseslərini həvəslə öyrənirlər.

Qeyd edək ki, İstehsalat təlimlərində fəal iştirak etmiş tələbələrimiz işəgötürən müəssisələr tərəfindən, təqaüd proqramına və rəsmi əmək fəaliyyətinə cəlb olunurlar.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual təhsil proqramı işəgötürən təşkilatlarla birgə uğurla davam edir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə 2 qrup “Turizm sahəsində iaşə üzrə mütəxəssis” və “Aşpaz” qruplarının Qafqaz Tufandag Hoteldə təlimləri davam edir.

Qafqaz Tufandağ Hotel Dual tədris proqramına uyğun fəaliyyətlər çərçivəsində tələbələrə xüsusi olaraq, 2 hissədən ibarət nəzəri və praktiki təlim keçirilmişdir.

Həyata keçirilən əməkdaşlıq üzrə tələbələrə nəzəri biliklər tədris olunmaqla yanaşı, dual tədris proqramı əsasında təlimlər davam edir.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471