Categories
Uncategorized

Respublika qəzetində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Arıçı” ixtisasının tələbəsi Sədaqət Bayramova haqqında yazı dərc edilib.

Linkə keçid edərək yazı ilə tanış ola bilərsiniz:

https://respublika-news.az/…/pdf…/2caff92781-20250119.pd

Categories
Uncategorized

Azərbaycan Diplomatik Akademiyasının əməkdaşları tərəfindən peşə təhsili müəssisələrində tədqiqatlar aparılır.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Diplomatik Akademiyasının əməkdaşları tərəfindən peşə təhsili müəssisələrində qeydiyyatdan keçmiş oğlan və qızlar üçün qeydiyyat nisbəti, məcburi köçkün tələbələr arasında kişi-qadın nisbəti, məcburi köçkün gənclər arasında təhsilini başa vurma, tərk etmə və təkrarlanma nisbəti və s. məsələlər əsasında tədqiqat görüşləri keçirilmişdir.

Görüşlərdə qeyd olunan istiqamətlər üzrə müsahibələr aparılıb, peşə təhsilində gender bərabərliyinə doğru irəliləyişin daha yaxşı müəyyən edilməsi və ölçülməsi üçün hansı strategiyaların mövcud olması, orta təhsili bitirdikdən sonra peşə təhsilinə keçmək və ya peşə təhsilini bitirdikdən sonra universitetə daxil olmaqla bağlı müxtəlif təhsil imkanları haqqında, peşə təhsili proqramlarını bitirən kişi/qadın məzunların məşğulluq nisbətlərinə dair, ictimai yataqxana haqqında və s. mövzular ətrafında geniş məlumat verilib.

Eyni zamanda qonaqlar Mərkəz ərazisinə infotur edərək, Mərkəzin infrastrukturu, maddi-texniki bazası ilə tanış olublar.

https://www.facebook.com/share/p/18Sj2begon/

https://www.instagram.com/p/DFH5bRkMlrM/?utm_source=ig_web_copy_link&igsh=MzRlODBiNWFlZA==

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Bitkiçilik mütəxəssisi” ixtisası üzrə təhsil alan tələbələri “AzRose” MMC-də təcrübə səfərində olublar.

Bu səfər tələbələrin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədilə təşkil edilib.

“AzRose” MMC qızılgül becərilməsi üzrə ixtisaslaşmış müasir bir təsərrüfatdır. Burada qızılgül bitkiləri ən müasir texnologiyalardan istifadə edilməklə torpaqsız şəraitdə, hidroponika üsulu ilə yetişdirilir. Tələbələrə bu üsulun üstünlükləri, istifadə olunan xüsusi qida məhlulları və qızılgüllərin optimal şəraitdə yetişdirilməsi barədə ətraflı məlumat verilib.

Səfər zamanı tələbələr istixana şəraitində bitkilərin inkişaf prosesini izləmək, qida maddələrinin tərkibi, işıqlandırma və rütubət səviyyəsinin tənzimlənməsi kimi mühüm məsələlər barədə məlumat almaq imkanı əldə ediblər. Onlar həmçinin bitki mühafizəsi və məhsulun keyfiyyətinin artırılması üçün tətbiq olunan metodlarla tanış olublar.

“AzRose” MMC-də keçirilən bu təcrübə tələbələr üçün nəzəri biliklərin praktikada tətbiq olunmasını görmək və müasir bitkiçilik texnologiyalarını öyrənmək baxımından əvəzolunmaz bir fürsət oldu. Bu səfər, tələbələrin gələcəkdə ixtisasları üzrə daha peşəkar mütəxəssislər kimi yetişmələrinə böyük töhfə verdi.

https://www.facebook.com/share/p/1DzTwveL99/

https://www.instagram.com/p/DFFhsfIMdQS/?igsh=a3htZTJmenpxdG1x

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “20 Yanvar”- Ümumxalq Hüzn Gününün 35-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildirib ki, hər bir xalq öz inkişaf tarixində şanlı-şərəfli bir salnamə yaradır. Burada həm faciə, həm də qəhrəmanlıqlarla dolu hadisələri izləmək mümkündür. Azərbaycan xalqı da məhz belə bir tarixi yol keçərək, öz müstəqilliyinə nail olmuşdur: “1990-cı ilin 20 Yanvar günü müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 35 il keçir. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.”

Qeyd edilib ki, Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında yüz qırx yeddi nəfər (147) qətlə yetirilmiş, yeddi yüz qırx dörd nəfər (744) yaralanmış, səkkiz yüz qırx bir (841) nəfər qanunsuz həbs olunmuş, onlardan yüz on iki (112) nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar, sağlamlıq imkanları məhdud olan insanlar da var idi.

20 Yanvar xalqımızın “Qanlı” tarixi olduğu kimi, 44 günlük Vətən Müharibəsi isə Azərbaycan xalqının “Şanlı” tarixidir. Bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Tədbirin gedişində 20 Yanvar faciəsini özündə əks etdirən video-çarxlar izlənilib, tələbələrin ifasında şeir kompozisiyaları səsləndirilib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Şəki-Zaqatala Regional Gənclər İdarəsinin birgə təşkil etdiyi tədbirdə İdarənin əməkdaşları Qaraxan Göyüşlü və Elçin Osmanov 20 Yanvar faciəsinə həsr olunmuş qısametrajlı film nümayiş etdirərək Qanlı Yanvar haqqında məlumat veriblər. Eyni zamanda Mərkəzin əməkdaşları və tələbələri çıxış edərək Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edib. Vurğulanıb ki, belə tarixi günləri qürur mənbəyi, mübarizlik əzmi kimi gənc nəslə təbliğ etməliyik.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “20 Yanvar”- Ümumxalq Hüzn Gününün 35-ci il dönümünə həsr olunmuş “Xüsusi dərslər” keçirilib, bir qrup tələbələri Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarları üzərinə güllər düzüblər.

https://www.facebook.com/share/p/15uStxnMs3/

https://www.instagram.com/p/DE7bGlxsYkG/?igsh=MTQ0dWRvdmJlOTh5Ng==

Categories
Uncategorized

“Qəbələ – İdman Paytaxtı 2025”in açılış mərasimində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi təqdimatları ilə təmsil olunub.

Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin və Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abbasova Qəbələnin bu şərəfli işi layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib. O, 2024-cü il üçün Azərbaycanın “İdman paytaxtı” seçilmiş Qubanın il ərzində gördüyü işlərdən, əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova qeyd edib ki, əsas məqsəd Qubanın təcrübəsindən istifadə etməklə əhali arasında idmana marağı artırmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Qəbələnin bu il keçiriləcək MDB Oyunları üçün “Gənclər paytaxtı” seçildiyini xatırladan Ə.Osmanova bu regionun belə möhtəşəm layihədə yer almasının sevindirici hal olduğunu vurğulayıb.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Dərzi”, “Xalçaçı”, “Arıçı”, “İnşaat ustası”və digər ixtisaslardan olan tələbələr tərəfindən hazırlanan əl işlərindən ibarət sərgiyə tədbirin qonaqları tərəfindən baxış keçirilib və böyük maraqlarına səbəb olub.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin könüllüləri tədbirdə fəal iştirak ediblər.

https://www.facebook.com/share/p/19hA6mjwio/

https://www.instagram.com/p/DE5BTE5ocxv/?igsh=MXQ0d3NrdTZrZ3hzZA==

Categories
Uncategorized

Əziz tələbələr,

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Tələbə Gənclər Təşkilatı sədr seçkilərinə start verilir. Əgər siz də öz namizədliyinizi irəli sürmək istəyirsənizsə, müraciət edin!

TGT sədrliyinə namizədlər üçün tələblər:

🔸Təhsilinin sonuncu ilində olmamalıdır;

🔸 Tələbə Gənclər Təşkilatlarının tərkibində aktiv ictimai fəaliyyət keçmişinə malik olmaq müsahibə mərhələsində üstünlük olaraq qəbul olunacaqdır.

TGT-yə sədrliyə namizədlik üçün lazım olan sənədlərin siyahısı:

🔹Namizədin platforması (sosial mediada paylaşılacaqdır);

🔹Namizədin CV-si;

🔹Tərcümeyi-hal;

🔹Motivasiya məktubu;

🔹Namizədliyini irəli sürən şəxsin şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti.

🔗Qeydiyyat linki: https://forms.gle/evJ67SKPMY9hvQki9

📌Son müraciət tarixi: 19.01.2025

https://www.facebook.com/share/p/15ZBY8yqNV/

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində şəhid Ağaşirin Babayevə həsr olunmuş “Açılmamış solan gülüm” adlı kitabın təqdimatı keçirilib.

Müəllifləri Mirhəsən Ağayev və Nigar Babayevanın olduğu kitabın təqdimat mərasimində şəhid Ağaşirin Babayevin valideynləri, yaxın qohumları, Qəbələ şəhid ailələrinin üzvləri, rəsmi dövlət strukturlarının və ictimai təşkilatların təmsilçiləri, qonaqlar, ziyalılar, habelə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis- pedaqoji heyəti və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova açaraq, şəhid Ağaşirin Babayevə həsr olunmuş kitabı “Konstitusiya və Suverenlik İli” nə ən dəyərli töhfələrdən biri kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən igid oğullarımıza həsr olunmuş kitablar onların adlarının əbədiləşdirilməsi istiqamətində çox mühüm təbliğat vasitəsidir.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Ardınca Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışının olduğu videoçarx nümayiş etdirilib.

Şəhidin valideynləri Firuz Babayev və Əsli Babayeva öz çıxışlarında öncə tədbirdə iştirak edən şəxslərə və kitabın müəlliflərinə təşəkkür edərək, şəhid oğllarının Vətən qarşısındakı xidmətlərindən qürur duyduqlarını söyləyiblər.

Tədbirdə həmçinin şəhid Ağaşirin Babayevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ardınca Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin ifasında şəhid Ağaşirin Babayevə həsr olunmuş şeir nümunələri təqdim olunub. Tədbirin gedişatında “Açılmamış solan gülüm” kitabının müəllifləri Mirhəsən Ağayev və Nigar Babayeva çıxış edərək, kitab barədə ətraflı məlumat veriblər.

Tədbir təqdimatı keçirilən kitabın iştirakçılara paylanılması ilə yekunlaşıb.

https://www.facebook.com/share/p/1JEsc9m3ov/

https://www.instagram.com/p/DEzb28lMj6_/?igsh=MXBhMTBqZ29kbHNwbw==

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Aşpaz” ixtisası üzrə təhsil alan 2 illik l kurs tələbələrinin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.

Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə sanitariya və gigiyena qaydalarına əməl edərək, ərzaqların ilkin emalı və yeməklərin hazırlanması texnologiyalarını öyrəniblər.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni təchiz olunmuş avadanlıqları ilə təlim dərsi keçirilmişdir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər” ixtisası üzrə təhsil alan 3 illik l kurs tələbələrinin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.

Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə Mərkəzin üzümçülük təlim-təcrübə sahəsində cərgələrarası becərmə işlərini icra etmişlər.

Categories
Uncategorized

Məzunlarımız bizi sevindirməyə davam edir!

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Yüksək Texniki Peşə Təhsil səviyyəsi üzrə “Mühasibat uçotu” ixtisasının məzunu Sevinc Aşurova hal-hazırda “Qafqaz Tufandağ Hotel”də “Kassir” vəzifəsində çalışır.

Məzunumuzu təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq!

https://www.facebook.com/qebeledovletpesetehsilmerkezi/posts/pfbid0QPT9EFj4E6jwCNL8xkQhGaAoy383nfcagg4g23iKgcyDcmTDgKrj8caxeB8xkt8ql

https://www.instagram.com/p/DEmwEEHMQhm/?igsh=MXNvaTZ5aTB1anBicg==


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471