Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Yüksək Texniki Peşə təhsili alan tələbələrin semestr imtahanlarına start verilib.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 2023/2024 tədris və təqvim illərini əhatə edən fəaliyyətinin əks olunduğu videoçarxla tanış olun.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 1 illik “Xalçaçı” ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.

Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə xovlu və xovsuz xalçanın toxunması texnologiyasını; ilmənin salınması, arğacların keçirilməsi, xovların kəsilməsi, yəni verilən çeşninin işlənməsi prosesini öyrənirlər.

Categories
Uncategorized

Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur edib.

Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup müəllim və tələbə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur edib. İnfotur zamanı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tədris və Təlim İşləri üzrə direktor müavini Camal Rəsulov qonaqlara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. O, mərkəzin infrastrukturu, tələbə kontingenti, maddi-texniki bazası, təhsil pillələri, dual təhsil, işəgötürənlərlə əməkdaşlığımız, ixtisaslar və tədrisin təşkili haqqında geniş təqdimat edib.

İnfotur iştirakçıları mərkəzin emalatxanaları, sinif otaqları və ümumi ərazisi ilə tanış olub, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri Respublika Süni Mayalanma Mərkəzinin təşkilatçılığı ilə Göygöl rayonunda keçirilən “Azərbaycanda genetik tədqiqatlar və embrion köçürmə texnologiyalarının heyvandarlığın inkişafında rolu” mövzusunda elmi konfransda iştirak ediblər.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, nazirlik yanında fəaliyyət göstərən elmi tədqiqat institutlarının, Azərbaycan Dövlət Aqrar Unuiversitetinin, Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitununun, Göygöl rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri iştirak ediblər.

250-dən artıq iştirakçının qatıldığı elmi konfransda “Embrion köçürmə ilə əldə edilən yüksək genetik xüsusiyyətlərə malik buğalar” mövzusunda təqdimat baş tutub. Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov bildirib ki, iki il əvvəl ölkədə ilk dəfə olaraq resipient düyələrə embrion köçürülüb. Uğurlu köçürmə əməliyyatı Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzində baş tutub. Xüsusi olaraq bu məqsəd üçün Mərkəzə gətirilmiş 35 baş “Simmental” cinsindən olan düyələrdən 27-si embrion köçürülməsi üçün uyğun sayılıb. Hazırlıq prosesi tam yekunlaşdıqdan sonra yerli və xarici mütəxəssislərin iştirakı ilə düyələrə embrion köçürülməsi həyata keçirilib. Mərkəz direktoru bu istiqamətdə ilk təcrübələrin uğurla başa çatdığını bildirərək, embrion transferindən doğulan buzovların genetik xüsusiyyətləri ilə bağlı araşdırmaların davam etdiyini deyib.

Elmi konfransda embrion texnologiyalarının heyvandarlıq təsərrüfatlarında tətbiqi, bu istiqamətdə əldə olunmuş nəticələr, embrion transferi tətbiqinin miqyasının genişləndirilməsi istiqamətində atılan addımlar, yeni texnologiyaların heyvandarlığın inkişafında və damazlıq cins tərkibinin yaxşılaşmasında rolu barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, heyvandarlıqda embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Embrion transferinin tətbiqi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası xaricdən damazlıq heyvan gətirilməsinə görə daha asan və daha ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanların ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayından on qat çox artırır.

Tədbirin sonunda embrion transferi prosesini həyata keçirən Respublika Süni Mayalanma Mərkəzinin Almaniyada xüsusi kurslarda təlim keçmiş mütəxəssislərinə, ölkəmizdə heyvandarlığın inkişafına töhfəsini vermiş fermerlərə mükafatlar təqdim olunub.

https://www.facebook.com/share/p/1Cj7dReTuC/

https://www.instagram.com/p/DEHzDC1Mfqu/?img_index=1

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Laborant-mikrobioloq” ixtisası üzrə təhsil alan 3 illik lll kurs tələbələrinin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.

Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə karbon qazının alınması təcrübəsini yerinə yetirdilər. Eyni zamanda tələbələr işıq mikroskopunda mikropreparat nümunələrini izlədilər.

https://www.facebook.com/share/v/161rMVGhF5/

https://www.instagram.com/p/DEHDQ8_u6Tq/

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə təhsil alan 2 illik l kurs tələbələrinin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.

ℹ️Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə texniki təhlükəsizlik qaydalarına riayət edərək, ölçmə, kəsmə və qaynaq işlərini yerinə yetirdilər.

https://www.facebook.com/qebeledovletpesetehsilmerkezi/videos/490737070798245/

https://www.instagram.com/p/DEITkcpOo5L/

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Bərbər-vizajist-manikürçü” ixtisası üzrə təhsil alan 1 illik l kurs tələbələrinin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.

Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə sanitariya və gigiyena qaydalarına riayət edərək, formagelin işlənilməsi, kişi saçının kəsilməsi və saçların düzləşdirilməsi texnologiyalarını öyrənirlər.

https://www.facebook.com/share/v/1Czxo355Rr/

https://www.instagram.com/p/DD6eWx3syJh/

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Şəhid Ümman Əmiraslanovun doğum günü münasibətilə anım tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova açaraq, şəhid Ümman Əmiraslanovun timsalında bütün Vətən fədailərinin cəmiyyətdə böyük hörmətə və diqqətə layiq olduqlarını qeyd etmişdir. Ardınca şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin gedişində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin çıxışı ətrafında qurulmuş kompozisiya üzrə hazırlanmış videoçarx təqdim edilmişdir. Sonra tanınmış ilahiyyatçı Mehman Şəfiyev çıxış edərək, şəhid Ümman Əmiraslanovun 44 günlük şanlı Vətən müharibəmizin zəfər salnaməsinə verdiyi dəyərli töhfələrdən danışıb və onun şəhadətinin ibrətamiz məqamlarından bəhs etmişdir.

Ardınca “Ümman” rədifli şeirə yazılmış mahnı üzərində qurulmuş videokompozisiya nümayiş etdirilmişdir.

Tədbirdə həmçinin şəhidin valideynləri Namiq Əmiraslanov və Fəzilə Əmiraslanova çıxış edərək, şəhid övladlarının ömür kitabının ən həzin xatirə səhifələrini tədbir iştirakçıları ilə bölüşmüşdürlər.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi, İkinci Qarabağ müharibəsi veteranı, tarixçi – pedaqoq İlham Əfəndiyev, Qəbələ Televiziyasının əməkdaşı jurnalist Sərraf Əfəndiyev və şəhid atası Cəlil Xeyirbəy də çıxış etmişdirlər. Onlar öz çıxışlarında şəhid Ümman Əmiraslanovun Vətən qarşısındakı xidmətlərini səciyyələndirərək, onun ucaldığı şəhidlik zirvəsinin möhtəşəmliyini vurğulamışdırlar.

https://www.facebook.com/share/p/18eJf8qHE2/

https://www.instagram.com/p/DD4Lu2Os5kV/?img_index=1

Categories
Uncategorized

İctimai TV-də yayımlanan “Barlı Bağ” verilişinin növbəti səfəri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə olub.

Verilişin aparıcısı Nərgiz xanım “Arıçı” ixtisasının dərs prosesi və arıçılıq təsərrüfatında həyata keçirilən istehsalat təlimi dərsləri ilə yaxından tanış olub.

https://www.facebook.com/share/v/1AAd579ife/

https://www.instagram.com/p/DD1MCDFpLE6/


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471