Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkası keçirilib.

Yarmarkaya işəgötürənlər tərəfindən 80-dən çox vakansiya təqdim edilib.

İşəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə vakansiyalar üzrə müraciət edən şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib.

Yarmarkada Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 200-dən artıq sonuncu kurs tələbələri iştirak edərək, uyğun vakansiyalara müraciət etmişlər.

İşsiz və işaxtaranların münasib işlərlə təminatı məqsədi daşıyan yarmarkada eyni zamanda, iştirakçılara uyğun iş sahələrində təcrübə imkanlarının yaradılması da təmin edilib.

https://www.facebook.com/share/p/19gQJqGMJa/

https://www.instagram.com/p/DDPULL0Mjf4/?img_index=1

Categories
Uncategorized

Məzunlarımız bizi sevindirməyə davam edir!

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm Agenti” ixtisasının məzunu Damirçari Yaşa hal-hazırda “Basqal Resort&Spa”da “Menecer” vəzifəsində çalışır.

Məzunumuzu təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq!

https://www.facebook.com/share/p/15Yujw9wJr/

https://www.instagram.com/p/DDMqN9qMEV4/

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Göyçay rayonunda keçirilən “KOB Fest” sərgi-satış yarmarkasında iştirak edib.

Yarmarkada qonaqlara Mərkəzimizdə turizm, ictimai iaşə və iqtisadiyyatın digər sahələri istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib.

Qeyd edək ki, Regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə bölgələrdə keçirilən “KOB Fest” sərgi-satış yarmarkaları davam edir.

Göyçay rayonunda keçirilən “KOB Fest” sərgi-satış yarmarkası cari il ərzində təşkil olunmuş sayca 9-cu tədbirdir. Bundan əvvəl “KOB-Fest” sərgi-satış yarmarkaları Bakıda, Göygöldə, Şəkidə, Gəncədə, Masallıda, Naxçıvanda, Zaqatalada və Xaçmazda təşkil edilib. Bu yarmarkalarda ümumilikdə 380-dən çox KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub və satışı həyata keçirilib.

https://www.facebook.com/share/p/146aKCkFjd/

https://www.instagram.com/p/DDJmNJ9If3z/?img_index=1

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənclər Narkotikə yox deyir şüarı altında regional konfranslar” layihəsi çərçivəsində konfrans keçirilmişdir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi” məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi “Gənclər Narkotikə yox deyir şuarı altında regional konfranslar” layihəsinin icrasına start verildi. İlk konfrans Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirildi. Konfransda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş Əməliyyat Müvəkkili Polis polkovnik-leytenant Natiq İsbatov, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Direktor müavini Reyhan Məmmədova, Qəbələ Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsin müdiri Pərvin Pənahov, Qəbələ Təhsil Sektorunun müdiri Arifə Bayramova, YAP Qəbələ rayon təşkilatının əməkdaşı David Musazadə, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Qəbələ rayonu Hacalı kənd imamı Mehman Şəfiyev, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin idarə heyətinin üzvü, Qəbələ rayon üzrə koordinatoru Xəyal Məmmədəliyev iştirak edirdilər.

Qeyd edək ki, 3 ay müddətində icra olunacaq layihənin rəhbəri Büllur Məmmədovadır.

Layihənin ideası Azərbaycanın narkotiklərin geniş yayıldığı, interaktiv xəritədə qırmızı və sarı zonalara daxil olan rayon və şəhərlərində gənclərin narkomaniyaya qarşı mübarizə bilgilərini artırmaq, narkomaniya ilə mübarizə mədəniyyətini təkmilləşdirməkdən ibarətdir.

Layihənin qısa məzmunu ondan ibarətdir ki, gənclərin narkotik vasitələrdən asılılığının əvvəlcədən qarşısını almaq məqsədilə regionlarda konfranslar təşkil olunur.

Məqsəd ölkəmizdə gənclərin narkotik maddələrdən asılılığının qarşısını almaq və ümumiyyətlə buna yol verməmək, bunun üçün qabaqlayıcı maarifləndirmə tədbirləri təşkil etmək, yeni nəsil nümayəndələrinin sağlam həyat tərzi sürməyə üstünlük verməklə narkotik maddə istifadə etmək təhlükəsindən uzaqlaşmalarına, narkotik maddə istifadəçisi olan gənclərin statistikasında sürətli şəkildə azalmaya nail olmaqdır.

https://www.facebook.com/share/p/14dyNratMp/

https://www.instagram.com/p/DDHlLEOsxWH/?img_index=1

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “TABİA Group” MMC arasında əməkdaşlıq genişləndirilir.

“TABİA Group” MMC Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər, mühəndis pedaqoji heyət və tələbələri ilə görüş keçirmişdir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və “TABİA Group” MMC arasında əməkdaşlığın növbəti addımı olaraq Mərkəzin müəllim və tələbələri ilə görüş keçirmiş, turizm və xidmət istiqamətləri üzrə ixtisaslı kadrların hazırlanması üzrə fəaliyyət istiqamətləri müzakirə edilmişdir.

Turizm və hotelçilik sahəsində fəaliyyət göstərən “TABİA Group” MMC-nin məsul əməkdaşları tələbələrə şirkətin tabeliyində fəaliyyət göstərən hotellər, hotellərin fəaliyyət istiqamətləri barədə təqdimatlar etmişlər.

Görüş zamanı əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə imzalanmış Anlaşma Memorandumuna əsasən “TABİA Group” MMC-nin tabeliyində olan hotellərdə tələbələrin istehsalat təcrübəsi, təlimi keçməsi prosesi razılaşdırılmışdır.

Qeyd edək ki, Memorandum çərçivəsində turizm və xidmət istiqamətləri üzrə ixtisaslı kadrların hazırlanması, onların bilik və bacarıqlarının artırılması, DUAL proqramların tətbiqi, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi, eləcə də əmək bazarının dəyişən tələblərinə cavab verən yeni ixtisasların açılması məqsədilə müəssisələr arasında əməkdaşlıq nəzərdə tutulur.

https://www.facebook.com/share/p/14nTghV4ua/

https://www.instagram.com/p/DDEP46Os8DI/?img_index=1

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyinin “Gənc fotoovçu yaşıl kənddə” layihəsi istiqamətində tədbir keçirilib.

Layihənin əsas məqsədi gəncləri ekoturizmin inkişafı sahəsində maarifləndirmək və onları yaşadıqları yaşıl kəndlərin fotoovçusuna çevirməklə minlərlə insanı təbiətin gözəlliklərindən zövq almağa və təbiət canlılarını silahla yox, fotoaparatla ovlamağı təbliğ etmək, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etmək, eyni zamanda yerli və xarici ekoturistlərin marağına səbəb olmaqdır.
Tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev bildirdi ki, cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Qaraxan Göyüşlü Gənclər Mərkəzi İctimai Birlinin layihəsinin şimal-qərb regionunda keçirilməsini və regionun füsunkar yaşıllığının təbliğ olunmasındakı fəaliyyətinə görə təşəkkür etdi və regionda “Yaşıl Dünya naminə həmrəylik ili”ndə görülən işlərdən və bu işlərə gənclərin töhfəsindən danışdı.
Tədbir iştirakçılarına “Gənc fotoovçu”, Gənclər Mərkəzi İctimai Birliyinin əməkdaşı Rahib Hacıyevin çəkdiyi fotolardan və məlumatlardan ibarət bukletlər, qovluqlar paylanıldı, sertifikatlar təqdim edildi.

https://www.facebook.com/share/p/19iNrWZhTc/

https://www.instagram.com/p/DC8wCnuMT-a/?igsh=bDk4NjF3YTVuMXdo

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya ədəbiyyatımızda” mövzusunda Xüsusi dərs keçirilib.

Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Tağıyeva Fatimə tərəfindən təşkil olunmuş Xüsusi dərsdə Azərbaycan ədəbiyyatında təbiət və onun mühafizəsi,yaşıl aləm mövzusu necə əks olunması məsələsi barədə geniş məlumat verilmiş, tələbələrin təqdimatında mövzu ilə bağlı şeir və məlumatlar dinlənilmişdir.

Sonda tələbələr tərəfindən “Yaşıl dünya naminə həmrəy olaq ” başlığı altında hazırlanmış sosial əhəmiyyətli video-çarx nümayiş olunmuşdur.

https://www.facebook.com/share/p/1N6FkLa7Jy/

https://www.instagram.com/p/DC9eR_9MBra/?img_index=1

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sağlamlığımız üçün gözəl təbiətimizi qoruyaq!” mövzusunda tədbir keçirilib.

Tədbirdə dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar.

Bildirilib ki, Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.

Tədbirin sonunda COP29-a aid suallar cavablandırılıb.

https://www.facebook.com/share/p/1A4vPrpVDM/

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında xidmət alan tələbələrin asudə vaxtlarının səmərəli təşkili daima diqqətdə saxlanılır

Tələbələrimiz dərsdən sonra Mərkəzin idman zalında məşqlər edir, meydançada müxtəlif oyunlar oynayır, kitabxanadan istifadə edir, tədrisdən kənar boş vaxtlarında öz hobbiləri ilə məşqul olurlar.

Bütün bunlar yataqxana sakinlərinin bir ailə kimi inteqrasiyasına, asudə vaxtlarını mənalı keçirmələrinə, pis vərdişlərdən uzaq olmalarına, təlim və tədrisdə yüksək nailiyyətlər əldə etmələrinə imkan yaradır.

Tələbələrimizə uğurlar arzulayırıq

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm, aqrar və sənayenin digər sahələri üzrə təhsil alan tələbələrinin istehsalat təlimi davam edir


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471