Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində şəhid Vasif Süleymanova həsr edilmiş “Vasifsiz keçən günlər” adlı kitabın təqdimatı keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində müəllifləri Emin Baratoğlu və Eldar Quliyevin olduğu şəhid Vasif Süleymanova həsr edilmiş “Vasifsiz keçən günlər” adlı kitabın təqdimatı keçirilib.

Mərkəzin direktor müavini Reyhan Məmmədova tədbiri giriş sözü ilə açaraq, şəhidimiz Vasif Süleymanova həsr edilmiş kitabın ictimai, mədəni və maarifləndirici mahiyyətini izah edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhidin ailə üzvləri, o cümlədən Qəbələ şəhid ailələrinin üzvləri, ictimai təşkilatların təmsilçiləri, ziyalılar, qonaqlar və media nümayəndələri iştirak ediblər.

Çıxış edənlər şəhid Vasif Süleymanova həsr olunmuş “Vasifsiz keçən günlər” kitabının 44 günlük şanlı Vətən müharibəmizin zəfər salnaməsinə dəyərli töhfə olduğunu bildiriblər və müəlliflərə təşəkkür ediblər, şəhidlərə aid kitabların yazılması cəmiyyətdə çox müsbət bir təmayüldür və vətənpərvərlik ideyalarının inkişafına xidmət etməsini vurğulayıblar.

Tədbirdə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Sabitlik və inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri Təranə Alməmmədova tərəfindən “Vasifsiz keçən günlər” kitabının müəlliflərindən biri olan Emin Baratoğluna Fəxri Diplom təqdim olunub və şəhidin anası Sevinc Süleymanovaya gül dəstəsi hədiyyə edilib.

Tədbirin gedişində şəhid Vasif Süleymanovun həyatından bəhs edən videoçarx nümayiş etdirilib

Sonda təqdimatı keçirilən “Vasifsiz keçən günlər” kitabı iştirakçılara paylanılıb

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual təhsil proqramı işəgötürən müəssisələrlə birgə uğurla davam edir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Rabitə avadanlıqlarının quraşdırıcısı”, “Avtomobillərin təmiri çilingəri”, “Arıçı” və “Mehmanxana inzibatçısı” qrupunun İstehsalat təlimləri davam edir.

İstehsalat təlimi müəssisənin daxili iş planı üzrə həyata keçirilir. Tələbələr müəssisə tərəfindən cəlb olunan mentorlar tərəfindən təhlükəsizlik qaydaları ilə təlimatlandırılır, iş rejimi ilə tanış olurlar.

Həyata keçirilən əməkdaşlıq üzrə tələbələrə nəzəri biliklər tədris olunmaqla yanaşı, dual tədris proqramı əsasında təlimlər davam edir.

Qeyd edək ki, İstehsalat təlimlərində fəal iştirak etmiş tələbələrimiz işəgötürən müəssisələr tərəfindən rəsmi əmək fəaliyyətinə cəlb olunurlar

Categories
Uncategorized

Məzunlarımız bizi sevindirməyə davam edir!

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Mehmanxana inzibatçısı” ixtisasının məzunu Bəkirov Əfqan hal-hazırda Qəbələ City Hoteldə “Qeydiyyatçı” vəzifəsində çalışır.

Məzunumuzu təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq!

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində “İnsan hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Tədbirdə çıxış edənlər Ombudsman tərəfindən hər il olduğu kimi bu ildə Konvensiyanın qəbul olunmasının ildönümü ərəfəsində 20 oktyabr- 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin məqsədinin uşaqlara diqqətin daha da artırılması, uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarət olduğunu iştirakçıların diqqətinə çatdırıblar. Uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

İştirakçılara insan hüquqları anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, tarixi inkişaf dinamikası, müxtəlif meyarlar üzrə təsnifatı, insan hüquq və azadlıqlarının kataloqunu, ayrı-ayrı növlərini müəyyən edən beynəlxalq sənədlər barədə məlumat verilib.

Azərbaycanda insan hüquqları sahəsində, xüsusilə əmək və sosial hüquqlarının həyata keçirilməsi istiqamətində görülən işlər və aparılan islahatlar qeyd edilib.

İştirakçılara “İnsan hüquqları nədir” mövzusunda videoçarx nümayiş etdirilib

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Yaşıl dünya naminə həmrəylik ili ilə əlaqədar olaraq “Qlobal su problemləri” mövzusunda Açıq dərs keçirilib

Mərkəzin İstehsalat təlim ustası Nigar Məmmədova tərəfindən keçirilən Açıq dərsdə Azərbaycanın, dünyanın bir sıra qabaqcıl dövlətlərinin qlobal su problemləri ilə üzləşdiyi qeyd edilib. Mövcud su ehtiyatlarından səmərəli istifadənin, suyun bərabər bölgüsünün, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsinin ciddi əhəmiyyət kəsb etdiyi bildirilib. Tələbələrlə su böhranının səbəbləri, çirklənmiş su təchizatı, içməli su ehtiyatları və gələcək üçün həlli yolları barəsində müzakirələr aparılıb. Tələbələrin sualları cavablandırılıb, bu sahədə görülən işlər ətrafında fikirləri dinlənilib.

Tələbələrə slaydlar, video-çarxlar təqdim olunaraq, Qlobal su problemi, qarşısının alınması haqqında məlumatlar verilib

Categories
Uncategorized

17 noyabr – Milli Dirçəliş Günü

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Yüksək Texniki Peşə Təhsili səviyyəsi üzrə məzun olmuş tələbələrə diplomlar təqdim edilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Yüksək Texniki Peşə Təhsili səviyyəsi üzrə “Veb dizayn və proqram təminatı”, “Mehmanxana və Restoran işinin təşkili və idarə edilməsi”, “Muhasibat uçotu” ixtisasından məzun olmuş tələbələrə diplomları təqdim edilib.

Tədbirdə Mərkəzin direktoru Qalib Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, Mərkəzin uğurlarından, yeni əməkdaşlıq və layihələr barədə söhbət açıb, məzunları tədris ilini uğurla başa vurmaqları münasibətilə təbrik edib.

Mərkəzimizdə qeyd olunan ixtisaslar üzrə 41 tələbəyə diplom təqdim edilib. Bunlardan 3 tələbə qırmızı diplom, 38 tələbəyə standart diplom təqdim edilib.

Qeyd edək ki, Yüksək Texniki Peşə Təhsili səviyyəsi üzrə məzun olan 10 nəfər ixtisaslarına uyğun Ali məktəblərə qəbul olublar

Categories
Uncategorized

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2024-cü ildə də 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan olunması ilə əlaqədar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Şəki Regional Miqrasiya İdarəsi tərəfindən maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2024-cü ildə də 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan olunması ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Təhsil Sektorunun, Qəbələ “ASAN xidmət” Mərkəzinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələrinin, Qəbələ rayonunda yaşayan əcnəbi şəxslərin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və müəllim heyətinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Görüş müddətində mövzuya uyğun və Dövlət Miqrasiya Xidməti tərəfindən görülən işlər barədə Şəki regional miqrasiya idarəsinin məsul əməkdaşları çıxış edərək Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyəti, göstərilən xidmətlər, miqrasiya qanunvericiliyindəki dəyişikliklər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri barədə ətraflı məlumat verib.

Eyni zamanda, qeyd olunan dövlət qrumlarının rəhbər şəxsləri və nümayəndələri tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, birinci vitse-prezident M.Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının uşaqların taleyində əhəmiyyətli roluna dair çıxışlar olunub.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaqlara qayğı göstərilməsinin əhəmiyyətindən bəhs edən video-çarx nümayiş olunub

Categories
Uncategorized

12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Categories
Uncategorized

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471