Categories
Uncategorized

Zəfərin mübarək, Azərbaycan

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Arıçı” ixtisası üzrə ixtisas fənn müəllimləri Türkiyədə “8-ci Uluslararası Muğla Arıçılıq və Çam Balı Kongresi”ində iştirak ediblər.

Əməkdaşlarımızın tədbirdə iştirakının məqsədi dünya arıçılığı ilə tanışlıq, qida təhlükəsizliyini və texnik bilgilər artırmaq, o cümlədən arıçılıq məhsullarını təbliğini təmin etməkdir. Tədbirdə, ölkəmizdə istehsal olunan arıçılıq məhsullarının dünyaya tanıdılması və digər ölkələrdə istehsal edilən balların tanınması məqsədiylə xarici ekspert münsiflər heyətinin sədri, münsiflər heyəti üzvləri və beynəlxalq meyarlar əsasında qiymətləndirmə prosesində bal müsabiqəsi keçirilib. Arıçılıq sektorunda fəaliyyət göstərən milli və beynəlxalq şirkətlərin öz məhsullarını və işlərini təbliğ edə biləcəyi stendlərin açılması üçün qapalı və açıq sərgi sahələri yaradılıb.

Qeyd edək ki, Kongresdə iştiraketmə hədəflərindən biri də arıçılarımızın nəzəri biliklərə yiyələnməsi və praktiki məsələlərdə təcrübələrini artırması olmuşdur.

https://www.facebook.com/share/p/18Ms9SP23c/

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər Günü”nə həsr olunmuş Xüsusi dərs keçirilib

Mərkəzin İngilis dili müəllimləri tərəfindən keçirilən Xüsusi dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Dərsdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun Ermənistanın hərbi təxribatlarının qarşısını almaq məqsədilə 2020-ci ilin sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündən, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində işğal altında olan 300-dən çox yaşayış məntəqəsinin, o cümlədən xalqımız üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlar nəticəsində azad edilməsindən bəhs olunub. Şanlı tariximizə qızıl hərflərlə yazılmış Zəfər Gününün əldə olunmasında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarının qəhrəmanlıq göstərdiyi bildirilib, onların arasında qazi və şəhidlərin olduğu diqqətə çatdırılıb.

Daha sonra Zəfər Gününə həsr olunan videoçarxlar izlənilib və bu mövzu ətrafında danışılıb

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedaqoji heyətin “Pedaqoji Şura İclası” keçirilmişdir

İclasda Təhsil Mərkəzinin direktoru “Peşə təhsili müəssisəsinin institusional akkreditasiyası üzrə özünütəhlil hesabatının müzakirəsi və təsdiqi”, 2024-2025-ci tədris ilində qəbul olmuş tələbələrlə aparılan mədəni-kütləvi və tərbiyə işlərinin vəziyyəti, tələbələrin dərsə davamiyyətinin vəziyyəti, mühəndis pedoqoji heyət üzvlərinə maddi dəstək göstərilməsi barədə İlk Həmkarlar Taşkilatı Komitəsinin təqdimatı barədə və cari məsələlər barədə mühəndis-pedoqoji heyətlə müzakirələr aparmış, tövsiyyələr və tapşırıqlar vermişdir.

Direktor müavinləri tərəfindən tədris-planlaşdırıcı və uçot sənədlərinin, tədris jurnallarının aparılması vəziyyəti, mərkəzin inventar və avadanlıqlarının qorunub saxlanması vəziyyəti, Dual Peşə Təhsili və Təlimi qruplarında tədrisin təşkili vəziyyəti, sinif rəhbərlərinin qruplarda apardığı tərbiyə işlərinə dair məlumatlar verilmiş, hesabatlar dinlənilmişdir

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “TABİA Group” Məhdud Məsuliyyətli Cəmiyyət arasında əməkdaşlıq görüşü keçirilib

Turizm və hotelçilik sahəsində fəaliyyət göstərən “TABİA Group” MMC qonaqpərvərlikdə yeni bir dövrü kəşf etmək üçün çox əlçatan imkanlar yaradır, insanların rifahına və real təcrübələrə dərin bağlılıq nümayiş etdirir. Şirkət Azərbaycanın zəngin mədəniyyətindən, sağlamlıq xidmətlərinin innovasiyasına qədər, hər kəs üçün bənzərsiz bir təcrübə təqdim edir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və “TABİA Group” MMC arasında əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanması ilə bağlı görüş keçirilib.

Memorandum çərçivəsində turizm və xidmət istiqamətləri üzrə ixtisaslı kadrların hazırlanması, onların bilik və bacarıqlarının artırılması, dual proqramların yaradılması, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi, eləcə də əmək bazarının dəyişən tələblərinə cavab verən yeni ixtisasların açılması məqsədilə müəssisələr arasında əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edək ki, görüşdə müəssisələrin gələcək qarşılıqlı əməkdaşlıqlarının formalaşdırılması və təhsilalanların təcrübə əldə etməsi istiqamətində tərəfdaşlığı inkişaf etdirmək niyyəti ifadə olunub. Tələbələrimizin “TABİA Group” MMC-nin turizm müəssisələrində təcrübə keçməsi üçün imkanlar müzakirə edilib

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna səfər edib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Heyvandarlıq Elmi Tədqiqat İnstitutu arasında bağlanmış elmi-texniki əməkdaşlıq müqaviləsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri instituta səfər edib. Səfər zamanı institutun direktoru Mahir Hacıyev institut və onun fəaliyyət instiqamətləri, tətbiq edilən innovativ texnologiyalar, aparılan tədqiqat işləri, icra edilən layihələr haqqında geniş təqdimat etdi. Daha sonra institutun “Genetik tədqiqatlar və embrion transferi” laboratoriyasının müdiri Rəşad Məhərrəmov tərəfindən institutda aparılan müasir laboratoriyalar və orada aparılan analizlər barədə tələbələrə geniş məlumat verildi

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş intellektual yarış keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzi Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsininin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş intellektual yarış keçirilib.

Yarış Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

14 komanda arasında keçirilən yarışda 44 günlük Vətən müharibəsi, Milli Qəhrəmanlarımız və Qarabağın tarixinə dair suallar cavablandırılıb. Yarışın nəticələrinə görə “Xocalı” komandası I yeri, “Zəngilan” komandası II yeri, “Polad Həşimov”” komandası III yeri tutub.

Sonda qaliblərə sertifikatlar təqdim edilib

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “İnsan alverinə” qarşı maarifləndirici tədbir keçirilib

Mərkəzin psixoloqu və istehsalat təlimi ustası tərəfindən təşkil olunan tədbirdə “İnsan alveri” istismar məqsədi ilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insanlara qarşı zorakılıq barədə maarifləndirici məlumatlar verilib. Həmçinin bildirilib ki, yaşından və cinsindən asılı olmayaraq hər bir şəxs insan alverçilərinin qurbanı ola bilər. İnsan alverinin qurbanı olmamaq üçün nələrə diqqət etməyin vacibliyi izah edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb

Categories
Tədbirlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Səyyar Gənclər Xidməti” layihəsinin bağlanış tədbiri keçirilib

Layihə çərçivəsində gənclər üçün sahibkarlıq fəaliyyətinin təşviqi, regionlarda məşğulluğun artırılması istiqamətində sessiyalar, müxtəlif mövzularda masterklasslar və oyunlar təşkil edilib.

Təşkil edilən fəaliyyətlərdə fərqlənən gənclərə hədiyyələr təqdim olunub

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Sağlam gələcək naminə narkomaniyaya yox deyək”, “Narkomaniya və onun fəsadları” mövzularında maarifləndirici tədbirlər keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri tərəfindən təşkil edilən tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, gənclərin formalaşması, onların sağlam böyüməsində ən vacib amillərdən biridir. Hazırda narkomaniya ilə mübarizə bütün dünyada qlobal çağırışlardan biridir və belə bir şəraitdə maarifləndirmə işlərinə böyük ehtiyac var. Bu yöndə maarifləndirmə işləri il ərzində davamlı şəkildə aparılmalıdır.

Çıxışlardan sonra narkomaniya ilə mübarizəyə həsr olunmuş videoçarxlar nümayiş etdirilib


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471