“Xocalı faciəsi”nə həsr olunmuş tədbir

Qəbələ Peşə məktəbinin illik iş planına və Təhsil Nazirliyinin müvafiq məktubuna uyğun olaraq, 24 fevral 2016-cı il tarixdə məktəbdə “Xocalı faciəsi”nə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin psixoloqu
Zenfilə Hüseynova açdı. Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin aparıcıları- şagirdlər Vaqif Vaqifli və Ağalı Ayaz bu faciə haqqında geniş məlumat verdilər və digər şagirdlər Abdullazadə Ülviyyə, Məmmədrzayeva Əfsanə, Məmmədrzayeva Məleykə, Əliyev Gülçöhrə, Əliyeva Çinarə “Xocalı faciəsi”nə həsr olunmuş şeirlər söylədilər.

Sonra söz müəllimlərə verildi. Müəllimlərdən Rübabə Məmmədova, Hicran Qaçayeva, Camal Rəsulov, Bəxtiyar Qasımov bu qanlı faciə haqqında müfəssəl məlumatlar verdilər və bildirdilər ki, erməni faşistlərinə qarşı mübarizəyə xalqımız daim hazır olmalıdir. Və bu sahədə gənclərin üzərinə daha böyük vəzifələr düşür.

Tədbirdə dövlətimizin başçısı cənab İlham Əliyevin xarici siyasəti nəticəsində Xocalı qətliamını dünyanın ondan artıq dövlətinin soyqırım kimi tanınması haqqında məlumat səsləndirildi. Tədbirdə məktəbin direktoru Azad Məmmədov yekun çıxış edərək bildirdi ki, Azərbaycan dövləti torpaqlarımızın azad olunması üçün bütün vasitələrdən istifadə edir və biz inanırıq ki, yaxın vaxtda torpaqlarımız işğaldan azad ediləcək və şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.