26 fevral tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Xocalı faciəsi”nə həsr olunmuş tədbir keçirilmişdir. Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Mərkəzin psixoloqu Z. Hüseynova açaraq, Xocalı faciəsi haqqında tədbir iştirakçılarına məlumat verdi. Sonra tədbir tələbələrin hazırladığı kompozisiya ilə davam etdi.
Tədbirə hal – hazırda Qəbələdə məskunlaşmış Xocalı sakini Kamal Məmmədov dəvət edilmişdir. Kamal həkim öz gözləri ilə şahidi olduğu faciə haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbirdə Mərkəzin direktoru Azad Məmmədov çıxış edərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu faciəyə hüquqi qiymət Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti dövrünə verilmişdir. Dövlətimizin apardığı düzgün siyasət nəticəsində artıq dünyanın bir neçə ölkəsi Xocalı faciəsini soyqırım kimi tanınımışdır.
Direktor müavini Camal Rəsulov çıxış edərək Xocalı soyqırımının baş vermə səbələrindən və nəticələrindən danışdı.
Təhsil Nazirinin 12 fevral 2019-cu il tarixli əmrinə əsasən 26 fevral tarixində ilk dərs saatı “Xocalı soyqırımına” həsr olunmuşdur.