Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Abşeron Binə Peşə Liseyinin bir qrup müəllim və tələbə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur edib. – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Abşeron Binə Peşə Liseyinin bir qrup müəllim və tələbə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur edib.

Abşeron Binə Peşə Liseyinin bir qrup müəllim və tələbə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfər çərçivəsində Mərkəzin infrastrukturu ilə yaxından tanış olmuş, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev qonaqlara mərkəzin fəaliyyəti, tədris prosesi və əmək bazarının tələblərinə uyğunlaşan təhsil modelləri barədə ətraflı məlumat vermişdir. Direktor xüsusilə dual təhsil modeli çərçivəsində tələbələrin həm nəzəri, həm də praktiki biliklər qazandığını, işə götürən müəssisələrlə əməkdaşlığın gücləndirildiyini vurğulamışdır. O, Mərkəzin tədris prosesində işəgötürənlərin fəal iştirakının təmin edildiyini, tələbələrin peşə bacarıqlarını real iş mühitində inkişaf etdirməsinə xüsusi önəm verildiyini bildirmişdir.

Qonaqlar həmçinin Mərkəzin müasir tədris infrastrukturu, maddi-texniki baza imkanları və təhsil pillələri ilə yaxından tanış olmuş, peşə təhsilində innovativ yanaşmalar və tələbələrə yaradılan şərait barədə geniş məlumat əldə etmişlər.

https://www.facebook.com/share/p/1Got1PjcCD/

https://www.instagram.com/p/DDzat0eswBQ/?img_index=1

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471