Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzi Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsininin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş intellektual yarış keçirilib.
Yarış Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
14 komanda arasında keçirilən yarışda 44 günlük Vətən müharibəsi, Milli Qəhrəmanlarımız və Qarabağın tarixinə dair suallar cavablandırılıb. Yarışın nəticələrinə görə “Xocalı” komandası I yeri, “Zəngilan” komandası II yeri, “Polad Həşimov”” komandası III yeri tutub.
Mərkəzin psixoloqu və istehsalat təlimi ustası tərəfindən təşkil olunan tədbirdə “İnsan alveri” istismar məqsədi ilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insanlara qarşı zorakılıq barədə maarifləndirici məlumatlar verilib. Həmçinin bildirilib ki, yaşından və cinsindən asılı olmayaraq hər bir şəxs insan alverçilərinin qurbanı ola bilər. İnsan alverinin qurbanı olmamaq üçün nələrə diqqət etməyin vacibliyi izah edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb
Layihə çərçivəsində gənclər üçün sahibkarlıq fəaliyyətinin təşviqi, regionlarda məşğulluğun artırılması istiqamətində sessiyalar, müxtəlif mövzularda masterklasslar və oyunlar təşkil edilib.
Təşkil edilən fəaliyyətlərdə fərqlənən gənclərə hədiyyələr təqdim olunub
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri tərəfindən təşkil edilən tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, gənclərin formalaşması, onların sağlam böyüməsində ən vacib amillərdən biridir. Hazırda narkomaniya ilə mübarizə bütün dünyada qlobal çağırışlardan biridir və belə bir şəraitdə maarifləndirmə işlərinə böyük ehtiyac var. Bu yöndə maarifləndirmə işləri il ərzində davamlı şəkildə aparılmalıdır.
Çıxışlardan sonra narkomaniya ilə mübarizəyə həsr olunmuş videoçarxlar nümayiş etdirilib
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə gənclərin ekologiya (COP29), vətənpərvərlik, sahibkarlıq, karyera və rəqəmsal alətlərdən effektiv istifadə mövzularında peşəkar şəxslərlə, eləcə də bir sıra tərəfdaş qurumların nümayəndələri ilə görüşləri təşkil edilib. Daha sonra gənclər üçün “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Səyyar Gənclər Xidməti çərçivəsində kənd gəncləri üçün müxtəlif sahələr – robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə keçirilən master-klaslarla yanaşı STEAM formatlı innovativ sərgi, gənclərin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri, virtual eynəklə virtual səyahət, gənclər üçün şəxsi anketin (CV) yaradılması xidməti də yer alıb. Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında vətənpərvərlik mövzusunda “Xəmsə” intellektual oyunu, Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və labirint yarışı, darts oyun çempionatı, çölçü oyun yarışı, “Jenga” oyunu, kəndir dartma yarışı baş tutub.
Yarışlarda fəallıqları ilə seçilən gənclər mükafatlandırılıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhid Rüstəm Atakişiyevin bacısı Həzin Atakişiyevanın müəllifi olduğu şəhidimizə həsr olunmuş “Hər şeyin bitdiyi yerdə xüsusi təyinatlılar başlar” adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəni təmin edən amillərdən danışıb və təqdimatı keçirilən kitabın zəfər tariximizə bir töhfə olduğunu bildirib. Direktor müavini Reyhan Məmmədova çıxış edərək, təqdimatı keçirilən kitabın ümumi ictimai əhəmiyyətindən danışıb. Ardınca ilahiyyatçı Mehman Şəfiyev və kitabın müəllifi Həzin Atakişiyeva çıxış ediblər. Onlar öz çıxışlarında kitabla əlaqədar vacib məqamlara toxunublar. Şəhid valideynlərindən Cəlil Xeyirbəy, Qızbəs Musazadə, eləcədə ziyalılar Mirhəsən Ağayev, Telman Abdulxalıqov, Nəbi Kəlbiyev, habelə şəhidin döyüş yoldaşı Fuad Yəhyazadə də tədbirdə çıxış ediblər. Onlar öz çıxışlarında müəllif Həzin Atakişiyevanın öz şəhid qardaşı haqqında kitab yazmasını sevindirici bir fakt olaraq, səciyyələndiriblər. Ardınca Şuşa Rayon 24 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi – bədii kompozisiya təqdim edilib.
Tədbirin gedişində şəhid Rüstəm Atakişiyevə aid fotolardan ibarət videoçarx nümayiş olunub
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” ictimai birliyi tərəfindən, Qəbələ rayonunda “Eko könüllü” gənclər arasında ekoloji maarifləndirmənin təşviq edilməsi adlı layihənin icrası baş tutub.
Əsas məqsədi, gənclərin ekoloji biliklərini artırmaq, ekoloji şüuru inkişaf etdirmək və onların təbiətin qorunmasında aktiv rol oynamalarını təşviq etmək olan layihə ekoloji təhsilin inkişafı, gənclərin ekoloji təşəbbüslərdə iştirakını stimullaşdırmaq və ekoloji problemlərin həllinə yönəlmiş fəaliyyətlərin təşviq edilməsi məsələlərini əhatə etmişdir.
Gənclərə ekoloji məsələlər, ətraf mühitin mühafizəsi və davamlı inkişaf prinsipləri haqqında məlumat verilən layihə çərçivəsində, iştirakçılar üçün müxtəlif təlimlər, seminarlar, tədbirlər və aksiyalar təşkil edilib.
Təlimdə ekspert qismində Reyhan xanım Məmmədova çıxışları ilə bir sıra maarifləndirici məqamlara toxunub. Təlimin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.
Həmçinin layihə rəhbəri Vüsalə Hümbətli öz çıxışında “Bu layihə, gəncləri ekoloji məsələlərə cəlb etmək və onların aktiv iştirakını təmin etmək məqsədini güdür. Gənclərin ekoloji biliklərini artıraraq, gələcəkdə təbiətə daha məsuliyyətli yanaşmalarını təşviq etməyi planlaşdırır,”( və ya ekoloji maarifləndirməni artırmaq və gənclərimizi ekoloji problemlərə daha çox cəlb etmək üçün bu layihənin həyata keçirilməsi mühüm bir addımdır.)– deyə bildirib.
Tədbirin növbəti mərhələsində gənc iştirakçılar ilə birlikdə təbiətə atılmış tullantılardan çirklənməyə məruz qalmış ekoturizm yerlərinin təmizlənməsi işi təşkil edilib.
İki gün baş tutan layihə çərçivəsində bir sıra ekoloji tədbirlər, təlimlər və yerli icmalarla əməkdaşlıq təşkil edilib. İştirakçılar, ekoloji problemlərin həllinə yönəlmiş layihədə yer alaraq, öz bilik və bacarıqlarını artırma imkanına sahib olublar
Təlimdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ixtisas fənn müəllimi İlqar Beydiyev yanğından mühafizə, yanğın təhlükəsizliyi, siqnalizasiya sistemlərindən, həmçinin yanğın təhlükəsizliyinin təmin edilməsi, normativ hüquqi aktları və anlayışlarından bəhs edib. Yanğından mühafizə sistemləri ərazinin, binaların, tikililərin, elektrik qurğularının, istilik və ventilyasiya sistemlərinin qarşısını alma yollarına davamlı yanğın təhlükəsizliyi və avtomatik yanğın söndürülməsi və yanğın siqnalizasiyası qurğularına olan tələblər, odsöndürücülər və onlardan istifadə qaydaları barəsində ətraflı təlimatlar verilib.
Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb
Tədbirdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə İşləri üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək, hər bir kəsin doğulduğu andan hüquqları və azadlıqları olduğunu vurğulayaraq, bu hüquqların eyni zamanda şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini müəyyən etdiyini qeyd etmişlər. Çıxış edənlər erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri, narkotik və psixotrop maddələrin ziyanı, təhsildən yayınma hallarının qarşısının alınması məsələlərinə də toxunmuş, bu mövzularda geniş söhbət aparmışlar. Tələbələrə 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq hüquqları Konvensiyasından istifadə edərək və öz yaradıcılıq qabiliyyətlərini əlavə edərək tədris prosesinə də tətbiq edə biləcəklərini bildirmişlər.
Qəbələ RPŞ Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Zamiq Nadirov da qeyd etmişdir ki, bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Bu gün ailədaxili problemlər, uşaqlara qayğının göstərilməməsi, zorakılıq, cəzalandırma, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və istismar kimi məsələlərin uşaqların normal həyat tərzinin və hüquqlarının pozulmasına gətirib çıxardığını qeyd edərək, tələbələrin belə hal ilə qarşılaşarkən dərhal aidiyyatı üzrə dövlət qurumlarına məlumat vermələri gərəkdiyini bildirmişdir