Categories
Uncategorized Xəbərlər

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ( KOB Azərbaycan / SMB Azerbaijan ), “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə 30 sahibkar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ( KOB Azərbaycan / SMB Azerbaijan ), “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə, 30 sahibkar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olmuş, əməkdaşlıq istiqamətində müzakirələr aparmışlar.

Mərkəzin direktoru Qalib Nəbiyev fəaliyyəti əks etdirən təqdimat etmiş, yerli biznes tərəfdaşlığının inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun peşə ixtisaslarının açılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev, KOBİA-nın Qəbələ və Oğuz rayonları üzrə nümayəndəsi Ruslan Qarayev və digər sahibkarlar ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilən tədbirlər, biznes tərəfdaşlığının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Tədbirin yekununda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin infrasturukturu ilə tanışlıq olub.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dekorativ – tətbiqi sənət (Sanama tikiş növü üzrə) dərnəyinə start verilib

Bu sahəyə marağı nəzərə alaraq, Təhsil Mərkəzi tərəfindən dərnək ödənişsiz şəkildə həyata keçirilir. İki ay davam edəcək dərnəkdə iştirakçılar Dekorativ – tətbiqi sənədin incəliklərini öyrənəcəklər.
Dərnəyə iyirmiyədək gənc qoşulub və dərnəyi uğurla bitirənlər sertifikatla təltif ediləcək.
Həmçinin yekunda iştirakçıların əl işlərindən ibarət sərgi təşkil ediləcəyi planlaşdırılır.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məzunlara diplomlar təqdim edilib

Bugün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məzunlara diplomlar təqdim edilib.
Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Camal Rəsulov açaraq tədbir iştirakçılarını salamlayaraq, tədbirin proqramı haqda iştirakçıları məlumatlandırıb.
Çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev məzunları təbrik edərək, ölkədə peşə təhsili istiqamətində həyata keçirilən proqramlar, Mərkəzin ötən tədris ilində qazandıqları təcrübə və əməkdaşlıqlarla bağlı geniş məlumat verib.
Q.Nəbiyev xalqımızın şanlı qələbəsindən, Vətən müharibəsində Təhsil Mərkəzinin müəllim və tələbələrinin iştirakından, müzəffər ordumuzun qəhrəmanlıqlarından danışıb.
Mərkəzin direktoru biznes müəssisələrilə sıx əməkdaşlıq, imzalanmış memorandumlar, gələcək perspektivlərdən danışaraq, artıq bir qism məzunların işlə təmin edildiyini bildirdi, bu ildən etibarən Təhsil Mərkəzində yüksək texniki peşə (subbakalavr) ixtisaslarına tələbə qəbulu olacağını diqqətə çatdırıb.
Daha sonra məzunlara diplomlar təqdim edilib.

Qeyd: Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil edilib.

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Vaxtın İdarə Edilməsi” üzrə təlim keçirilib

Bugün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində inzibati heyət üçün təhsilalanlarla iş şöbəsi tərəfindən “Vaxtın İdarə Edilməsi” üzrə təlimin 1-ci hissəsi keçirilib.
Təlimdə Təhsilalanlarla iş şöbəsinin müdiri Anar Məhərrəmov tərəfindən “Vaxtın İdarə Edilməsi” üzrə zəruri bilik və vərdişlərə yiyələnmənin iş həyatında rolu, Vaxt israfının səbəbləri və qarşısının alınması, şəxsi və peşəkar məqsədlərimizə çatmaq üçün öhdəmizdə olan vaxtdan səmərəli istifadənin əhəmiyyəti və s. haqqında geniş məlumat verilib.
Daha sonra təlim iştirakçıları üçün praktiki tapşırıqlar həyata keçirilib.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İşəgötürənlərlə dəyirmi masa təşkil edilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda PTT Mərkəzlərinin inkişafı” layihəsi çərçivəsində İşəgötürənlərlə dəyirmi masa təşkil edilib.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşı olduğu 30-dək biznes müəssisəsi iştirak edib.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə biznes müəssisələri arasında uğurlu əməkdaşlıq, gələcək perspektivlər, Peşəyə olan marağın artırılması üçün işəgötürənlərin təklifləri, Peşə Təhsili müəssisələri ilə əməkdaşlıq imkanları, tələbələrin təcrübə proqramları, İşyerində öyrənmə konseptinin müzakirəsi, hər hansı birgə biznes imkanı, Karyera Mərkəzinin yaradılması və bu üzrə işəgötürənlərlə əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inzibati heyəti üçün təhsilalanlarla iş şöbəsi tərəfindən “Danışıq aparma bacarıqları” üzrə təlim keçirilib

Təlimdə Təhsilalanlarla iş şöbəsinin müdiri Anar Məhərrəmov tərəfindən Danışıq aparma bacarıqları üzrə zəruri bilik və vərdişlərə yiyələnmənin iş həyatında rolu, Natiqlik nədir, Natiqlik sənətinin tarixi, effektiv nitq üçün vacib keyfiyyətlər, Natiqliyin növləri, verbal və qeyri-verbal ünsiyyət vasitələri və s. haqqında geniş məlumat verilib.
Daha sonra təlim iştirakçıları üçün praktiki tapşırıqlar həyata keçirilib.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində " İşgüzar yazışmalar" üzrə təlim keçirildi

01 iyul 2021-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində inzibati heyət üçün təhsilalanlarla iş şöbəsi tərəfindən işgüzar yazışmalar üzrə təlim keçirildi.
Təlimdə Təhsilalanlarla iş şöbəsinin müdiri Anar Məhərrəmov tərəfindən işgüzar yazışmaların professional təşkilinin iş həyatında rolu, dövlət, özəl sektorla işgüzar yazışmaların effektiv təşkilinin əhəmiyyəti, işgüzar yazışmalarda professionallıq, məsuliyyət kimi vacib keyfiyyətlərə sahib olmaq, orfoqrafiq və qrammatik qaydalara əməl etməyin zəruriliyi və s. haqqında geniş məlumat verildi.
Yekunda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırıldı.

 

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət buraxılış ixtisas imtahanları başlayıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 03.06.2021-ci il tarixli F-25 saylı əmri əsas tutularaq, Dövlət buraxılış ixtisas imtahanları başlayıb. Ümumi orta təhsil bazasından “Bağban-dekorator” və tam orta təhsil bazasından dayə ( təhsil müddəti 1 il) ixtisası üzrə imtahanlar müvəffəqiyyətlə başa çatıb. “Bağban-dekorator” ixtisası üzrə buraxılış imtahan açıq havada – Təhsil Mərkəzinin bağında keçirilib. Dövlət buraxılış imtahanına gəlməyən və qeyri-müvəffəq qiymət alan olmayıb.
Dövlət Attestasiya Komissiyasının sədri Vüsal Abbasov ( “Gilan Dairy Farms” MMC-nin rəhbəri ) və komissiya üzvləri tələbələrin yekun qiymətlərini, istehsalat xasiyyətnamələrini, ixtisas (sınaq) işlərinin nəticələrini nəzərdən keçirərək və şifahi sorğu apararaq imtahan nəticələrini elan ediblər.

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tanıtım tədbiri keçirilib

Tədbirdə işəgötürənlər, ümumtəhsil məktəblərinin IX sinif şagirdləri, müəllimlər, valideyinlər, uğurlu məzunlar iştirak ediblər.
Tədbirdə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev qonaqları salamlayaraq, iştirakçılara Təhsil Mərkəzi haqqında məlumat verib. Mərkəzdə turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisasları ilə bağlı informasiya verilib, və ümumi fəaliyyəti əks etdirən təqdimat edilib. İşəgötürən müəssisələrin rəhbərləri, peşə təhsilinin əhəmiyyəti, şagirdlərin düzgün peşə seçməsinin vacibliyi, əmək bazarında peşə təhsilinin rolu istiqamətində məlumatlar veriblər.  
Tədbirdə Qəbələ rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova, işəgötürən müəssisələrin rəhbərləri, “Aspi Aqro MMC”-nin direktoru Cahangir Şəfizadə, “Qafqaz Qəbələ MMC”-nın İnsan resursları şöbəsinin müdiri B.Müzəffərov, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin KOB dostu departamentinin Şəki – Zaqatala regional koordinatorluğunun Oğuz-Qəbələ nümayəndəsi Ruslan Qarayev çıxış edərək, əmək bazarında peşə təhsilinin əhəmiyyəti, gənclərin peşə təhsili seçiminin vacibliyi istiqamətində fikirlərini bildiriblər.
Təhsil Mərkəzinin uğurlu məzunları Zaman Məmmədli, Nihad Məmmədli çıxış edərək, şagirdlərə peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyyələrini verib və uğur hekayələrini danışıblar. Şagirdlər master-klass dərslərə dəvət olunub, “aşpaz”, “qaynaqçı”, “dülgər”, “qənnadçı-şirniyyatçı”, “tikişçi”, “xalçaçı”, “kompyuter operatoru” ixtisasları üzrə dərslərdə iştirak ediblər.
Tədbirin rəsmi hissəsinin yekununda, şagirdləri maraqlandıran suallara cavab verilib və sonda qonaqlar Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olublar.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələrinin “Dualabənzər PTT” layihəsi çərçivəsində iş yerində praktik imtahanları uğurla başa çatıb


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471