Categories
Uncategorized Xəbərlər

Təhsil Mərkəzində əyani dərslərə başlanıldı

Təhsil Nazirliyinin 08 fevral 2021-ci il tarixli F-41 saylı  “Xüsusi karantin rejimi dövründə peşə təhsili müəssisələrində tədris prosesinin əyani formada təşkil edilməsi” barədə əmrinə əsasən, 15 fevral tarixində Təhsil Mərkəzində praktik dərslərin, istehsalat təliminin və təcrübəsinin keçirilməsinə start verildi. 

  1. əyani olaraq təşkil ediləcək dərslər:
    1. Bütün ixtisaslar üzrə laboratoriya dərsləri, istehsalat təlimi və istehsalat təcrübəsi dərsləri
  2. distant olaraq davam etdiriləcək dərslər:
    1. Ümumtəhsil fənnləri üzrə dərslər
    2. İxtisas modulları üzrə digər bütün dərslər

Əyani tədris zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinə uyğun fəaliyyətin həyata keçirilməsi planlaşdırılmışdır. Bu gündən orta sıxlıq gözlənilməklə tədris prosesi başlanmışdır.

 

Categories
Uncategorized Xəbərlər

"Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi" publik hüquqi şəxs statusu əldə edib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi birləşdirilərək, onların bazasında yaradılan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs statusu əldə edib.
        Təhsil Mərkəzi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, sub-bakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq, dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək və həmçinin qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanına malik olacaqlar.

Categories
Uncategorized Xəbərlər

Təhsil Mərkəzinə 2020-2021-ci tədris ili üçün tələbə qəbulu başlanır

 

 2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul

Peşə təhsilinə qəbul_təlimat

Təhsil Mərkəzinə qəbul aparılacaq ixtisaslar

Categories
Uncategorized Xəbərlər

Tələbələr üçün dərslik və dərs vəsaitləri

Əziz tələbələr!

Azərbaycan Respublikasında yeni koronovirus (2019-nCoV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyətlər Planı”-na uyğun olaraq, 03 mart 2020-ci il tarixdən Təhsil Mərkəzində də tədris fəaliyyəti dayamdırılmışdır. Tədrisin dayandırılması zamanı tələbələrin elektron və əlçatan vasitələrdən istifadə etməklə, mövcud tədris resurslarından istifadə etmələri lazımdır. Ona görə də mövcud tədris resursları – dərslik və dərs vəsaitləri ixtisaslar üzrə ONE DRİVE-ə yerləşdirilmişdir.  ONE DRİVE-nin linki aşağıda verilmişdir. Bundan əlavə saytımızın “Tədris resursları” bölməsində faydalı məlumatlar əldə edə bilərsiniz. Saytımızda faydalı linklər verilmişdir: avel.edu.az, elektron dərslik portalı. Bu resurslardan istifadə etməyi unutmayın.

#Evdəqal!Dərsdənqalma!

 https://vet.edu.gov.az/az/resurs

Categories
Uncategorized Xəbərlər

Maliyyə savadlılığı üzrə təlimlər

 

19 dekabr 2019-cu il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “maliyyə savadlılığı” mövzusunda tələbələrə təlim keçirilmişdir. Bu təlimdə Mərkəzin direktoru, iqtisad elmləri namizədi Namik Muradov master – klass dərs keçmişdir. Dərsin əsas məqsədigənclərin sahibkarlıq biliklərinin artırılması, onların fərdi biznes təşəbbüslərinin dəstəklənməsi və ölkənin aparıcı biznes adamları ilə əlaqənin qurulmasına kömək göstərməkdir.

 

 

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və "Savalan Aspi-Aqro" ASC arasında birgə fəaliyyət müqaviləsi imzalanmışdır

 

18 dekabr 2019-cu il tarxdə “Savalan Aspi-Aqro” ASC  və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında birgə fəaliyyət müqaviləsi imzalanmışdır. Müqavilə imzalanma mərasimində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, iqtisad elmləri namizədi Namik  Muradov, “Aspi Aqro” ASC-nin direktoru Əjdər Şəfizadə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin baş ustası yüksək ixtisaslı mütəxəssis Josef Vatzl və “Aspi Aqro” ASC-nin ixtisaslı  texnoloqu Daniel Dandrea iştirak etmişdir.

Categories
Uncategorized Xəbərlər

EDVET layihəsinin İdarəetmə Komitəsinin 4-cü görüşü keçirildi

Dekabr ayının 11-i tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (EDVET) layihəsinin İdarəetmə Komitəsinin 4-cü görüşü keçirilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Xidmətinin, layihə çərçivəsində seçilmiş pilot peşə təhsili müəssisələrinin, Avropa İttifaqının və EDVET  layihəsinin nümayəndələri iştirak edib. 

Görüş iştirakçılarına layihə çərçivəsində görülmuş işlər, əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilib, həmçinin növbəti müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər birgə müzakirə olunaraq iştirakçıların rəy və təklifləri toplanılıb.

Qeyd edək ki, ED VET layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın “dual peşə təhsili və təlimi” yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

 

 

Categories
Uncategorized Xəbərlər

10 dekabr 2019-cu il tarixində Qəbələ rayon Mıxlıqovaq kəndində dahi Azərbaycan şairi İmaməddin Nəsimin 650 illiyinə həsr olunmuş "Ağacəkmə" aksiyasında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə kollektivi iştirak etmişdir.

10 dekabr 2019-cu il tarixində Qəbələ rayon Mıxlıqovaq kəndində dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Ağacəkmə” aksiyasında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə kollektivi iştirak etmişdir.

 

 

 

 

 

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə I mərhələdə qəbul olunanların siyahısı

Qəbələ DPTM 2019 QƏBUL OLUNANLARIN Siyahısı

Categories
Uncategorized Xəbərlər

Peşə təhsili müəssisələrinə tələbə qəbulu davam edir

Əgər qəbul qaydalarına dair geniş məlumat almaq istəyirsinizsə aşağıdakı linkə daxil olmaqla istədiyiniz suallara cavab taparsınız.

https://www.youtube.com/watch?v=_RiVP9hF4Lw&t=2s&fbclid=IwAR2Qt_Jg51Ksd2Aumz5Rs0FNy1gpaJAESwNHadBGUoWA13tc9b-wNHAXvLU 

 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi

Qəbələ Dövlət Peşə  Təhsil Mərkəzi

 

2019-2020 – ci  dərs ili üçün aşağıdakı peşələr  üzrə tələbə  qəbulu

ELAN  EDİR

ÜMUMİ  ORTA  TƏHSİL BAZASINDAN  (9 – cu sinif)

Dövlət hesabına

  • Çilingər – santexnik – təhsil müddəti   3 ildir;
  • Dülgər – təhsil  müddəti   3 ildir;
  • Kimyəvi – bakterioloji analiz laborantı– təhsil müddəti   3 ildir;
  • Bitkiçilik mütəxəssisi– təhsil müddəti   3 ildir;

 

  • Aqroservis mütəxəssisi – təhsil müddəti   2 ildir;
  • Üzümçülük və şərab ustası – təhsil müddəti   2 ildir;

 

TAM ORTA TƏHSİL BAZASINDAN (11– ci sinif), təhsil  müddəti   1 il;

  • Aqroservis mütəxəssisi;
  • Heyvandarlıq mütəxəssisi;
  • Dülgər;
  • Çilingər – santexnik;
  • Xalçaçı 1 il  və 6 ay;
  • Meyvə ustası;
  • Tərəvəz ustası;
  • Elektrik xəttlərinin quraşdırılması və təmiri üzrə elektrik montyoru;

Ödənişli əsaslarla

  • Kompyuter operatoru 9-cu sinifdən 1 il;
  • Əməliyyatçı – mühasib 11-ci sinifdən 6 ay;
  • Elektrik xəttlərinin quraşdırılması və təmiri üzrə elektrik montyoru 11-ci sinifdən 1 il;
  • Mühafizəçi 11-ci sinifdən 6 ay;
  • Kimyəvi-bakterioloji analiz laborantı 11-ci sinifdən 1 il;

 

Dövlət hesabına  təhsil  alanlara  hər  ay  50 manat  təqaüd  verilir.

Dövlət hesabına təhsil almaq istəyənlər “ASAN XİDMƏT” mərkəzlərinə müraciət edə bilərlər.

Ödənişli əsaslarla təhsil almaq istəyənlər aşağıdakı sənədləri Təhsil Mərkəzinə təqdim etməlidirlər:

direktorun adına yazılmış ərizə;

-təhsil haqqında sənədin əsli və surəti;

-tibbi arayış;

-şəkil 3×4 ölçüdə 4 ədəd;

-şəxsiyyət vəsiqəsinin surəti;

-hərbi bilet və ya hərbi qeydiyyat şəhadətnaməsi.

Dərslər  sentyabrın  15 – dən  başlanır.

Ünvanımız:  Qəbələ  şəhəri,  28 may küç.–34

Telefonlarımız: 024 205 25 60, 024 205 04 36  

                         055 395 49 62

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471