Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Diplomatik Akademiyasının əməkdaşları tərəfindən peşə təhsili müəssisələrində qeydiyyatdan keçmiş oğlan və qızlar üçün qeydiyyat nisbəti, məcburi köçkün tələbələr arasında kişi-qadın nisbəti, məcburi köçkün gənclər arasında təhsilini başa vurma, tərk etmə və təkrarlanma nisbəti və s. məsələlər əsasında tədqiqat görüşləri keçirilmişdir.
Görüşlərdə qeyd olunan istiqamətlər üzrə müsahibələr aparılıb, peşə təhsilində gender bərabərliyinə doğru irəliləyişin daha yaxşı müəyyən edilməsi və ölçülməsi üçün hansı strategiyaların mövcud olması, orta təhsili bitirdikdən sonra peşə təhsilinə keçmək və ya peşə təhsilini bitirdikdən sonra universitetə daxil olmaqla bağlı müxtəlif təhsil imkanları haqqında, peşə təhsili proqramlarını bitirən kişi/qadın məzunların məşğulluq nisbətlərinə dair, ictimai yataqxana haqqında və s. mövzular ətrafında geniş məlumat verilib.
Eyni zamanda qonaqlar Mərkəz ərazisinə infotur edərək, Mərkəzin infrastrukturu, maddi-texniki bazası ilə tanış olublar.
https://www.facebook.com/share/p/18Sj2begon/
https://www.instagram.com/p/DFH5bRkMlrM/?utm_source=ig_web_copy_link&igsh=MzRlODBiNWFlZA==