Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2024-cü ildə də 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan olunması ilə əlaqədar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Şəki Regional Miqrasiya İdarəsi tərəfindən maarifləndirmə tədbiri keçirilib – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2024-cü ildə də 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan olunması ilə əlaqədar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Şəki Regional Miqrasiya İdarəsi tərəfindən maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2024-cü ildə də 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan olunması ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Təhsil Sektorunun, Qəbələ “ASAN xidmət” Mərkəzinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələrinin, Qəbələ rayonunda yaşayan əcnəbi şəxslərin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və müəllim heyətinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Görüş müddətində mövzuya uyğun və Dövlət Miqrasiya Xidməti tərəfindən görülən işlər barədə Şəki regional miqrasiya idarəsinin məsul əməkdaşları çıxış edərək Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyəti, göstərilən xidmətlər, miqrasiya qanunvericiliyindəki dəyişikliklər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri barədə ətraflı məlumat verib.

Eyni zamanda, qeyd olunan dövlət qrumlarının rəhbər şəxsləri və nümayəndələri tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, birinci vitse-prezident M.Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının uşaqların taleyində əhəmiyyətli roluna dair çıxışlar olunub.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaqlara qayğı göstərilməsinin əhəmiyyətindən bəhs edən video-çarx nümayiş olunub

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471