Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Peşə təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığına dair konfrans – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Peşə təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığına dair konfrans

Peşə təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığına dair konfrans

Dekabrın 6-da Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələrinin işəgötürənlərlə birgə əməkdaşlığa dair konfrans keçirilib.

Konfransın məqsədi dövlət-özəl əməkdaşlığı çərçivəsində işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb olunması və bu prosesin təşviq edilməsidir.

Öncə konfransda ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlara dair videoçarx nümayiş olunub.

Tədbiri Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq rayonun sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında özəl sektorun  inkişafının  Azərbaycan iqtisadiyyatının prioritetlərindən olduğunu, dövlətin iqtisadi siyasətində sahibkarlığın inkişafının əhəmiyyətini və yaradılan iş yerlərinin səriştəli işçi qüvvəsi ilə təminatının vacibliyini diqqətə çatdırıb.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi zəruridir. İqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə tərəfdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayan Famil Mustafayev  ixtisaslı və səriştəli kadrların hazırlanmasının bu prosesə mühüm töhfə verəcəyini qeyd edib.

Tədbirdə Avropa İttifaqının Bakı ofisi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, British Petrolium (BP), British Council və Almaniya Beynəlxalq Əməkdaşlıq  Cəmiyyəti (GİZ) kimi beynəlxalq təşkilatların,  iri sahibkarlıq subyektlərinin nümayəndələri, yerli iş adamları iştirak edib və öz fikirlərini bildiriblər.

Konfransda peşə təhsili müəssisələri ilə dövlət-özəl əməkdaşlığı istiqamətində işəgötürənlərin maraq və öhdəliklərinin müəyyənləşdirilməsi məqsədilə sahibkarlar arasında sorğu keçirilib.

Tədbir iştirakçıları Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471