Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində imtahan prosesini izləyib – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində imtahan prosesini izləyib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsili proqramı üzrə turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisası üzrə təhsil alan tələbələrin dövlət buraxılış-ixtisas imtahanında iştirak edib.

İmtahan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası”na əsasən aparılıb.

Tam orta təhsil bazasından “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisası üzrə keçirilən imtahanda Dövlət Attestasiya Komissiyasının sədri Babək Müzəffərov (“Gabala Hospitality Group” MMC HR direktor) və komissiya üzvləri tələbələrin yekun qiymətlərini, istehsalat xasiyyətnamələrini, ixtisas (sınaq) işlərini imtahan keçirilən otaqda qəbul edib, hotellərin aşpaz və iaşə menecerləri sınaq işlərini qiymətləndiriblər. Qaydalara uyğun olaraq tələbələrlə şifah sorğu aparılaraq imtahan nəticələri elan olunub

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471