Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi ” İdeyanı Reallaşdır 2023″ gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi olan “Şanlı Qələbəmizə Gedən Yol” layihəsinin açılış tədbiri Nic qəsəbə sakini Xəyal Məmmədəliyevin rəhbərliyi ilə həyata keçirilmişdir – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi ” İdeyanı Reallaşdır 2023″ gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi olan “Şanlı Qələbəmizə Gedən Yol” layihəsinin açılış tədbiri Nic qəsəbə sakini Xəyal Məmmədəliyevin rəhbərliyi ilə həyata keçirilmişdir

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etmiş, gül dəstələri düzərək dahi şəxsiyyətin və şəhidlərimizin xatirələrinə böyük ehtiramlarını bildirmişlər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində davam edən tədbirdə öncə Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixinə qızıl hərflərlə yazılan şanlı qələbənin mahiyyətindən danışmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, qazi və müharibə iştirakçılarının cəmiyyətə tanıdılmasının, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasında gənclərin hərbi savadlılığının artırılmasında böyük rol oynadığını vurğulamışlar.

Tədbirin sonunda bir qrup gəncə fəxri fərman və sertifikatlar təqdim olunmuşdur.

Qeyd edək ki, layihə 44 gün müddətində davam edəcək

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471