Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Şəhid Ümman Əmiraslanovun doğum günü münasibətilə anım tədbiri keçirilmişdir. – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Şəhid Ümman Əmiraslanovun doğum günü münasibətilə anım tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova açaraq, şəhid Ümman Əmiraslanovun timsalında bütün Vətən fədailərinin cəmiyyətdə böyük hörmətə və diqqətə layiq olduqlarını qeyd etmişdir. Ardınca şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin gedişində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin çıxışı ətrafında qurulmuş kompozisiya üzrə hazırlanmış videoçarx təqdim edilmişdir. Sonra tanınmış ilahiyyatçı Mehman Şəfiyev çıxış edərək, şəhid Ümman Əmiraslanovun 44 günlük şanlı Vətən müharibəmizin zəfər salnaməsinə verdiyi dəyərli töhfələrdən danışıb və onun şəhadətinin ibrətamiz məqamlarından bəhs etmişdir.

Ardınca “Ümman” rədifli şeirə yazılmış mahnı üzərində qurulmuş videokompozisiya nümayiş etdirilmişdir.

Tədbirdə həmçinin şəhidin valideynləri Namiq Əmiraslanov və Fəzilə Əmiraslanova çıxış edərək, şəhid övladlarının ömür kitabının ən həzin xatirə səhifələrini tədbir iştirakçıları ilə bölüşmüşdürlər.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi, İkinci Qarabağ müharibəsi veteranı, tarixçi – pedaqoq İlham Əfəndiyev, Qəbələ Televiziyasının əməkdaşı jurnalist Sərraf Əfəndiyev və şəhid atası Cəlil Xeyirbəy də çıxış etmişdirlər. Onlar öz çıxışlarında şəhid Ümman Əmiraslanovun Vətən qarşısındakı xidmətlərini səciyyələndirərək, onun ucaldığı şəhidlik zirvəsinin möhtəşəmliyini vurğulamışdırlar.

https://www.facebook.com/share/p/18eJf8qHE2/

https://www.instagram.com/p/DD4Lu2Os5kV/?img_index=1

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471