Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində xalqımızın Ümummilli Lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir

Tədbir Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Çıxış edən tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbi olmasından bəhs ediblər.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Ulu Öndərin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirməkdədir. Həyata keçirilən düzgün və düşünülmüş siyasət nəticəsində ölkəmizin beynəlxalq imici də getdikcə yüksəlmiş və möhkəmlənmişdir. Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı xalqımızın qəlbində daim yaşayacaqdır.

Mərkəzin tələbələri tərəfindən şeirlər səslənmiş, video-çarxlar izlənilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471