Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı-Qan Yaddaşımız” adlı tədbir keçirilib. – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı-Qan Yaddaşımız” adlı tədbir keçirilib.

ℹ️Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev Xocalı soyqırımının bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 30 il işğal altında qalan torpaqlarımızı Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə azad etməklə bərabər, Xocalı faciəsi qurbanlarının və doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldılar. Şəhidlərimizin qanı yerdə qalmadı.

Çıxış edənlər 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə azğınlaşmış erməni millətçilərinin törətdikləri misli görünməmiş vəhşiliklər, cinayətlər, terror aktı barədə geniş məlumat veriblər. Qeyd edilib ki, həmin müdhiş gecədə yüzlərlə dinc əhali qətlə yetirildi, körpə uşaqlara, qocalara aman vermədilər, dinc mülki əhalini ucdantutma qırdılar və bəşər tarixində növbəti cinayət aksiyasını – Xocalı soyqırımını həyata keçirdilər. Xocalı soyqırımı Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı aksiya olmaqla, həm də etnik təmizləmə siyasətinin nəticəsi və cinayət idi. Xalqımız hər ilin bu gününü dərin hüznlə qeyd edir, günahsız şəhidlərimizin ruhu böyük ehtiramla yad edilir.

Tədbir boyu tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib, şəhidlərimizə, Vətənə həsr edilmiş şeirlər səslənib. Xocalı soyqırımını əks etdirən sərgi nümayiş olunub.

https://www.facebook.com/share/p/18QPNPE1cj/

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471