Mərkəzin İngilis dili müəllimləri tərəfindən keçirilən Xüsusi dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dərsdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun Ermənistanın hərbi təxribatlarının qarşısını almaq məqsədilə 2020-ci ilin sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündən, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində işğal altında olan 300-dən çox yaşayış məntəqəsinin, o cümlədən xalqımız üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlar nəticəsində azad edilməsindən bəhs olunub. Şanlı tariximizə qızıl hərflərlə yazılmış Zəfər Gününün əldə olunmasında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarının qəhrəmanlıq göstərdiyi bildirilib, onların arasında qazi və şəhidlərin olduğu diqqətə çatdırılıb.
Daha sonra Zəfər Gününə həsr olunan videoçarxlar izlənilib və bu mövzu ətrafında danışılıb