Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri könüllü fəaliyyətləri ilə fərqlənir və regional tədbirlərdə fəal iştirak edirlər. – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri könüllü fəaliyyətləri ilə fərqlənir və regional tədbirlərdə fəal iştirak edirlər.

ℹ️Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin könüllüləri 4-7 fevral tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində gənclər düşərgəsində, 07 fevral tarixində isə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Gənclər həftəsi” çərçivəsində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə “Suverenlik və İnkişaf” mövzusunda Şəki-Zaqatala regionuna daxil olan rayon gənclərinin iştirakı ilə Regional Forumda iştirak ediblər.

Könüllülərimiz düşərgə zamanı komanda quruculuğu, liderlik, fərdi inkişaf təlimləri, intellektual yarışlar, hüquqi maarifləndirmə sessiyaları, musiqili gecələr və peşəkarlarla görüşlər həyata keçiriblər.

Regional Forumda Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərindən, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs olunub. Tədbirdə Azərbaycan Gənclər siyasəti və Azərbaycanın suverenliyi mövzularını özündə əks etdirən videoçarx nümayiş olunub. Daha sonra il ərzində gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən gənclər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilmiş Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.

https://www.facebook.com/share/p/1YLNA3NS7r/

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471