Categories
Uncategorized

“Qəbələ – İdman Paytaxtı 2025”in açılış mərasimində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi təqdimatları ilə təmsil olunub.

Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin və Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abbasova Qəbələnin bu şərəfli işi layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib. O, 2024-cü il üçün Azərbaycanın “İdman paytaxtı” seçilmiş Qubanın il ərzində gördüyü işlərdən, əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova qeyd edib ki, əsas məqsəd Qubanın təcrübəsindən istifadə etməklə əhali arasında idmana marağı artırmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Qəbələnin bu il keçiriləcək MDB Oyunları üçün “Gənclər paytaxtı” seçildiyini xatırladan Ə.Osmanova bu regionun belə möhtəşəm layihədə yer almasının sevindirici hal olduğunu vurğulayıb.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Dərzi”, “Xalçaçı”, “Arıçı”, “İnşaat ustası”və digər ixtisaslardan olan tələbələr tərəfindən hazırlanan əl işlərindən ibarət sərgiyə tədbirin qonaqları tərəfindən baxış keçirilib və böyük maraqlarına səbəb olub.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin könüllüləri tədbirdə fəal iştirak ediblər.

https://www.facebook.com/share/p/19hA6mjwio/

https://www.instagram.com/p/DE5BTE5ocxv/?igsh=MXQ0d3NrdTZrZ3hzZA==

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471