Kənd təsərrüfatı ixtisasları

Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər

Texniki peşə · 3 il · Əyani

Bu ixtisas üzrə hazırda qəbul aparılmır.

Proqram haqqında

Məzunlar kənd təsərrüfatı müəssisələrində, fermer təsərrüfatlarında, aqroparklarda və texniki servis mərkəzlərində traktorçu-maşinist, mexanizator, kənd təsərrüfatı texnikası operatoru və təmirçi-çilingər kimi çalışa bilərlər.

Qazanılan bacarıqlar

  • Traktor və digər kənd təsərrüfatı texnikalarını idarə etmək.
  • Traktorun və kənd təsərrüfatı maşınlarının quruluşunu və iş prinsipini bilmək.
  • Torpağın şumlanması, kultivasiya və səpin işlərini həyata keçirmək.
  • Kənd təsərrüfatı texnikalarına texniki qulluq göstərmək.
  • Mexanizmlərdə yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq.
  • Maşın və mexanizmlərin hissələrini söküb-yığmaq.
  • Çilingər alətləri və avadanlıqlarından istifadə etmək.
  • Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət etmək.
  • Kənd təsərrüfatı işlərini mövsümə və texnoloji tələblərə uyğun təşkil etmək.
  • Texnikanın səmərəli və təhlükəsiz istismarını təmin etmək.

Karyera imkanları

  • Məzunlar kənd təsərrüfatı müəssisələrində, fermer təsərrüfatlarında, aqroparklarda və texniki servis mərkəzlərində traktorçu-maşinist, mexanizator, kənd təsərrüfatı texnikası operatoru və təmirçi-çilingər kimi çalışa bilərlər.