İSTEHSALAT TƏCRÜBƏSİ
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təcrübəsi təhsilalanların təhsil müddətində əldə etdikləri nəzəri biliklərin praktiki fəaliyyətlə möhkəmləndirilməsi, peşə bacarıq və vərdişlərinin inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi formalaşması məqsədilə təşkil olunur.
İstehsalat təcrübəsi ilk, texniki və yüksək texniki peşə təhsili səviyyələri üzrə müvafiq təhsil proqramlarının (kurikulumların) və tədris planlarının tələblərinə uyğun həyata keçirilir.
İstehsalat təcrübəsinin təşkili
İstehsalat təcrübəsi tədris planında nəzərdə tutulmuş müddətdə mərkəzin təlim-istehsalat sahələrində, eləcə də dövlət və özəl müəssisə və təşkilatlarda təşkil olunur.
Təcrübənin keçirilməsi üçün müvafiq müəssisə və təşkilatlarla əməkdaşlıq əlaqələri qurulur, təcrübənin müddəti, keçirilmə yeri və təhsilalanların fəaliyyət istiqamətləri əvvəlcədən müəyyən edilir.
İstehsalat təcrübəsinin iş yerində keçirilməsi zamanı mərkəz, təhsilalan və işəgötürən arasında müvafiq hallarda üçtərəfli iş yerində təcrübə müqaviləsi bağlanılır.
İstehsalat təcrübəsinin məqsəd və vəzifələri
İstehsalat təcrübəsinin əsas məqsədləri aşağıdakılardır:
- Nəzəri biliklərin praktiki fəaliyyət zamanı tətbiq edilməsi;
- İxtisas üzrə peşə bacarıq və vərdişlərinin formalaşdırılması;
- Müasir texnika, avadanlıq və texnologiyalarla işləmək bacarığının inkişaf etdirilməsi;
- İşgüzar ünsiyyət və kollektivdə işləmək bacarıqlarının təkmilləşdirilməsi;
- Əmək intizamı və peşə məsuliyyətinin aşılanması;
- Təhsilalanların gələcək əmək fəaliyyətinə hazırlanması.
Təcrübə müddətində təhsilalanların vəzifələri
İstehsalat təcrübəsində iştirak edən təhsilalanlar:
- Təcrübə proqramında nəzərdə tutulmuş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidirlər;
- Müəssisənin daxili intizam qaydalarına riayət etməlidirlər;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə əməl etməlidirlər;
- Təhkim olunduqları avadanlıq və alətlərdən təyinatına uyğun istifadə etməlidirlər;
- Təcrübə rəhbərinin tapşırıqlarını yerinə yetirməlidirlər;
- Təcrübə müddətində əldə etdikləri bilik və bacarıqları təkmilləşdirməlidirlər;
- Təcrübə ilə bağlı tələb olunan hesabat və sənədləri müəyyən edilmiş qaydada təqdim etməlidirlər.
Təcrübəyə rəhbərlik və nəzarət
İstehsalat təcrübəsinin təşkili və gedişinə mərkəz tərəfindən müvafiq məsul şəxslər və təcrübə rəhbərləri cəlb olunur.
Təcrübə keçirilən müəssisə və təşkilatlar tərəfindən təhsilalanların fəaliyyətinə nəzarət etmək və onlara praktiki bilik və bacarıqlar aşılamaq məqsədilə müvafiq mütəxəssislər təyin edilir.
Təcrübə rəhbərləri təhsilalanların davamiyyətinə, tapşırıqları yerinə yetirməsinə, əmək intizamına və təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət edirlər.
Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları
İstehsalat təcrübəsi zamanı təhsilalanların sağlamlığının və təhlükəsizliyinin qorunması əsas şərtlərdən biridir.
Təcrübə başlamazdan əvvəl təhsilalanlar müəssisədə qüvvədə olan daxili intizam, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilməlidirlər.
Təhsilalanlar fərdi mühafizə vasitələrindən düzgün istifadə etməli, təhlükəli vəziyyətlərə yol verməməli və müəyyən edilmiş təhlükəsizlik tələblərinə riayət etməlidirlər.
İstehsalat təcrübəsinin nəticələrinin qiymətləndirilməsi
İstehsalat təcrübəsinin nəticələri təhsil proqramında müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir.
Qiymətləndirmə zamanı aşağıdakı göstəricilər nəzərə alınır:
- Təcrübə proqramının yerinə yetirilməsi;
- Peşə bilik və bacarıqlarının praktiki tətbiqi;
- Tapşırıqların keyfiyyətli və vaxtında icrası;
- Avadanlıq və alətlərdən düzgün istifadə;
- Əmək intizamına və təhlükəsizlik qaydalarına riayət;
- Təcrübə müddətində əldə edilmiş nəticələr və təqdim olunan hesabat.
Təcrübənin yekunları müvafiq qaydada rəsmiləşdirilir və təhsilalanların peşə hazırlığının qiymətləndirilməsində nəzərə alınır.
İstehsalat təcrübəsi təhsilalanların peşə bacarıqlarının inkişaf etdirilməsi, nəzəri biliklərinin praktikada tətbiqi və gələcək əmək fəaliyyətinə hazırlanmasında mühüm əhəmiyyət daşıyır.
