Tədrisin təşkili və statistik göstəricilər
Mərkəz 2026/27 tədris ilinə ümumilikdə 1305nəfər tələbə ilə başlamışdır. Tədris ili üzrə müəssisədə 47 ixtisas üzrə formalaşdırılmış 80 qrupda ümumilikdə 1305 nəfər təhsilalan (o cümlədən 320 qadın) təhsil alır.
Müəssisədə ödənişli əsaslarla 89 nəfər (15 nəfər həqiqi hərbi xidmətdədir) tələbə təhsil alır. Təhsil müddəti 1 il olan texniki peşə təhsil səviyyəsi üzrə təhsil haqqı 800 manatdır. Yüksək texniki peşə təhsil səviyyəsi üzrə ən aşağı təhsil haqqı “Mehmanaxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisası üzrə (1280 AZN), ən yüksək təhsil haqqı isə “Kənd təsərrüfatı və inşaat texnikası (maşınlarının) istisamarı ” ixtisasları üzrə (2710 AZN) müəyyən olunub.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində hazırda 13 ixtisas üzrə 218 tələbə (1 illik) dual təhsil proqramları üzrə təhsil alır.
