Kənd təsərrüfatı ixtisasları

Kənd təsərrüfatı və inşaat texnikası (maşınlarının) istisamarı

Yüksək texniki peşə · 3 il · Əyani

Bu ixtisas üzrə hazırda qəbul aparılmır.

Proqram haqqında

“Kənd təsərrüfatı və inşaat texnikasının (maşınlarının) istismarı” ixtisası kənd təsərrüfatı və tikinti sahələrində istifadə olunan müxtəlif texnika və maşınların idarə edilməsi, istismarı, texniki xidməti və təmiri üzrə bilik və bacarıqlara yiyələnmiş mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Təhsilalanlar traktor, kombayn, ekskavator, buldozer, yükləyici və digər xüsusi təyinatlı texnikaların quruluşunu, iş prinsipini, idarə edilməsini, texniki qulluq və təhlükəsiz istismar qaydalarını öyrənirlər.

Qazanılan bacarıqlar

  • Kənd təsərrüfatı və inşaat texnikalarını tanımaq və idarə etmək;
  • Maşın və mexanizmlərin quruluşunu və iş prinsipini bilmək;
  • Texnikalara texniki xidmət göstərmək;
  • Nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
  • Texnikanın istismarına dair təhlükəsizlik qaydalarına riayət etmək;
  • Mexanizmlərin səmərəli və düzgün istifadəsini təmin etmək.

Karyera imkanları

  • Məzunlar aşağıdakı sahələrdə fəaliyyət göstərə bilərlər:
  • - Kənd təsərrüfatı texnikası operatoru;
  • - İnşaat texnikası operatoru;
  • - Traktorçu-maşinist;
  • - Ekskavator və buldozer operatoru;
  • - Yükləyici operatoru;
  • - Texniki xidmət və təmir üzrə işçi;
  • - Aqrar və tikinti müəssisələrində mexanizator.