8 Noyabr – Zəfər Günü!
Azərbaycan xalqının qürur, qəhrəmanlıq və milli birliyinin təcəssümü olan Zəfər Günümüz mübarək!
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarix yazaraq torpaqlarımızın işğalına son qoydu, xalqımıza böyük Zəfər sevinci yaşatdı.
Bu şanlı Qələbə xalqımızın sarsılmaz iradəsinin, birliyinin və şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı bahasına qazanılmış müqəddəs nailiyyətin təcəssümüdür.
Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfa, müharibə iştirakçılarına möhkəm cansağlığı arzulayırıq.
Zəfər bizimdir! Qarabağ Azərbaycandır!
#Azərbaycan #8Noyabr #ZəfərGünü


