🚫 SAĞLAM HƏYATA “HƏ”, NARKOTİKƏ “YOX”!
📍 Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində narkotik vasitələrin və psixotrop maddələrin zərərləri, onların yaratdığı asılılıq, eləcə də müalicə və reabilitasiya imkanlarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
🤝 Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-in birgə təşkilatçılığı ilə baş tutuan tədbirdə, Qəbələ Rayon Polis Şöbəsinin və digər aidiyyəti müəssisələrin nümayəndələri iştirak edib.
🎯 Tədbirin əsas məqsədi gənclərin narkotik vasitələrin insan sağlamlığına və həyatına mənfi təsirləri barədə məlumatlılığını artırmaq, asılılığın erkən əlamətlərinin tanınmasını təşviq etmək, müalicə və reabilitasiya imkanları haqqında məlumat vermək olub.
🩺 Tədbir çərçivəsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu Zeynəb Balakişiyeva narkotik vasitələrin orqanizmə təsiri, asılılığın formalaşma mexanizmi, onun tibbi və sosial nəticələri, həmçinin müalicə və reabilitasiya imkanları barədə ətraflı məlumat verib.
⚖️ Digər çıxış edənlər narkotik vasitələrin qanunsuz dövriyyəsinin hüquqi nəticələri, narkomaniyanın qarşısının alınması yolları, asılılığın erkən mərhələdə müəyyən edilməsi və vaxtında tibbi yardıma müraciətin əhəmiyyəti barədə məlumat veriblər.
💬 Tədbir interaktiv müzakirə və sual-cavab formatında davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
🌱 Qeyd edək ki, narkotik asılılığı müalicə və dəstək tələb edən bir xəstəlikdir. Düzgün məlumatlandırma, vaxtında tibbi yardıma müraciət və cəmiyyətin dəstəyi sağlam gələcəyin təmin olunmasında mühüm rol oynayır.















