Xəbər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 3 tələbəsi Şəkidə keçirilən süni intellekt düşərgəsində Mərkəzimizi təmsil edib!

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 3 tələbəsi Şəkidə keçirilən süni intellekt düşərgəsində Mərkəzimizi təmsil edib!

Noyabrın 13–16-da Şəki şəhərində Gənclər və İdman Nazirliyi və Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə “İdeyadan alqoritmə” süni intellekt düşərgəsi keçirilib.

13 regiondan 60 gəncin iştirak etdiyi düşərgədə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən 3 tələbə də yer alıb:

🔹 Nəsirova Suriyə – Mühasibat uçotu ixtisası;

🔹 Abdullayev Fəqan – Satış və marketinq ixtisası;

🔹 Baxışov Həsən – Elektronika və kommunikasiya sistemlərinin istismarı ixtisası.

Dörd gün ərzində tələbələr süni intellekt vasitəsilə vizual və video məzmun hazırlamağı, onun biznesdə tətbiqini, informasiya təhlükəsizliyi və məxfiliyin qorunması yollarını praktiki şəkildə öyrəniblər.

Düşərgənin sonunda iştirakçılara əldə etdikləri bilik və bacarıqları təsdiq edən sertifikatlar təqdim olunub.

Şəki Olimpiya İdman Kompleksində keçirilən düşərgə gənclərə yeni texnologiyalarla tanış olmaq, bilik və bacarıqlarını inkişaf etdirmək, öz ideyalarını reallaşdırmaq imkanı yaradıb.

← Geri: Xəbərlər