Xəbər

“ZƏFƏRDƏN DOĞAN QÜRUR” ADLI TƏDBİR KEÇİRİLİB

 “ZƏFƏRDƏN DOĞAN QÜRUR” ADLI TƏDBİR KEÇİRİLİB

📌 Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərdən doğan qürur” adlı tədbir keçirilib.

 “ZƏFƏRDƏN DOĞAN QÜRUR” ADLI TƏDBİR KEÇİRİLİB

📌 Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərdən doğan qürur” adlı tədbir keçirilib.

🎖️ Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatının sədri, şəhid atası, Vətən müharibəsi qaziləri  və iştirakçıları çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının birliyindən, Ordumuzun qəhrəmanlığından və şəhidlərimizin müqəddəs fədakarlığından bəhs ediblər. Vətən müharibəsi iştirakçıları və qazilər döyüş xatirələrini bölüşərək gənclərlə öz təcrübələrini paylaşıblar.

🎶 Tədbirin bədii hissəsində tələbələrin ifasında vətənpərvərlik ruhunda mahnılar, şeirlər, milli rəqslər, saz ifası və “Zəfərə gedən yol” adlı səhnəcik təqdim olunub. Bədii kompozisiyalarda Qarabağın azadlığı, milli qürurumuz, qəhrəmanlıq tariximiz və Vətən sevgisi öz əksini tapıb.

🔷 Tələbələrin təqdim etdikləri çıxışlar Zəfər sevincini, şəhidlərimizin əziz xatirəsinə ehtiramı və qalib xalq olmağın qürurunu bir daha nümayiş etdirib.

 Tədbir Zəfər Gününün yaratdığı qürur hissi və qarşıdan gələn 9 Noyabr – Dövlət Bayrağı Gününə ünvanlanan təbriklərlə yekunlaşıb.

✨ Zəfərimiz qürurumuz, şəhidlərimiz baş tacımız, üçrəngli bayrağımız isə milli qürur rəmzimizdir!

Yaşasın Azərbaycan! 

#Azərbaycan #8Noyabr #ZəfərGünü

← Geri: Xəbərlər